Könül (Varxiyanlı Aşıq Məhəmməd)

Könül
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Vaxt olar qalxarsan ərşə-asmana,
Vaxt olar havadan yönərsən, könül!
Vaxt olar düşərsən çiskin, dumana,
Vaxt olar hər işi qanarsan, könül!

Vaxt olar çıxarsan Məcnun dağına,
Vaxt olar düşərsən qəm yığnağına,
Vaxt olar yüz ataş kar etməz sana,
Vaxt olar alışıb yanarsan, könül!

Vaxt olar Məhəmməd tez gələr coşa,
Vaxt olar heç əlin getməz bir işə,
Vaxt olar dönərsən dəmirə, daşa,
Vaxt olar şüşə tək smarsan könül!