Könül bu gecə qıldı yenə yarına merac
Könül bu gecə qıldı yenə yarına merac Müəllif: Qazi Bürhanəddin |
Könül bu gecə qıldı yenə yarına merac
Bülbül bilə gül halinivü nə bilə dürrac.
Badi-səhəri müşk ilə kafur arasında
Bir nəsnə toxıdı ki, adın bilmədi nəssac.
Göstərdi yüzin, qıldı necə şahi piyadə
Gər qılmasa oynayımaya oynını ləclac.
Bağrumı biriştə qılurü yürəgi riştə,
Qılalı gözi oxlarına canumı umac.
Kuyində səfayi ki, bulam zəmzəməyilə.
Zəmzəmdə dəxi bulmamış ola anı hüccac.
Bən varlıq ilə toylamışam hüsnini anun,
Cana ləbi sundıvü gerü qalanı tarac.
Bən ətəgünə yapışıban həsir olısaram,
Məhşərdə qaçan ki, yığılu gəlisər əfvac.