Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz
Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz Müəllif: Mirzə Mehdi Naci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz,
Bu sirri xəlqdən kim, eşq asari nihan tutmaz.
Nigəhbanlar kimi xalisiyəhlər tutdu damanim,
Deyil adət qulami-xanəzadı pasiban tutmaz.
Tüyurin bəççəsi öz aşiyanində bulur rahət,
Onunçun mürği-dil zülfundən özgə aşiyan tutmaz.
Könül şəhbazi meyli-kəbkü türacü təzərv eylər,
Əzizim, meyl edib hərgiz o, mürği-makiyan tutmaz.
Verən can nəqdini bazari-eşqi-dilrübalərdə
Əyandır hiç tacir böylə sövdadən ziyan tutmaz.
Olub viranə dil mülkü, çıx ondan, yığ büsat, ey dil,
Xərab olmuş məkanda hiç aqil xaniman tutmaz.
Qulamın olmasa mövlasına ixlası kamiltər,
Bu rövşəndir, onu mövlası bir dəm kamran tutmaz.
Əgər tökdünsə qanım qəhr ilə, bir cürə nuş eylə -
Ki, derlər böylə olsa qanlını, əlbəttə, qan tutmaz.
Mənə derlər ki, tərki-eşqi-yar et, özgə yarı tut,
Şikari-rubəhi haşa, gedib şiri-jəyan tutmaz.
Deyir xəlqə həmişə zahidi-zahirpərəst iman,
Özü fail olan feli, əzizim, rahban tutmaz.
Təriqi-eşqdə, Naci, ayağın kəsmə qəflətdən,
Xilafi-rahi-eşqi, bigüman, bir nüktədan tutmaz.