Könül murğini mən ol turreyi-tərrarə tapşırdım
Könül murğini mən ol turreyi-tərrarə tapşırdım Müəllif: Molla Zeynalabdin Sağəri |
Könül murğini mən ol turreyi-tərrarə tapşırdım,
Dili-divanəni ol zulfi-ənbərbarə tapşırdım.
Ze bəs fəryad qıldı, murği-dil sinəmdə qan oldu,
Könül pərgaləsin ol qəmzeyi-xunxarə tapşırdım.
Mənim cani-dilim hərgiz cahanda gormədi rahət,
Təriqi-eşqdə canu-dili mən yarə tapşırdım.
Könül, gəl tovbə qıl kim, butpərəstlikdən səmər yoxdur,
Dəxi bəsdir səni mən necə il dildarə tapşırdım.
Mənə muşkil ki, bundan belə qalmaq dari-dunyadə,
Gulimi oz əlimlə mən verib bir xarə tapşırdım.
Atanda qəmzə oxun sinəmə min naz ilə canan,
Xədəngi-tiri-peykanın dili-bimarə tapşırdım.
Alıbdır dini-imanımı əldən, Sağəri, ol but,
Edib qəflət, əcəb, imanı kuffarə tapşırdım.