Könül qürbət elə çıxma

Könül qürbət elə çıxma
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Könül qürbət elə çıxma
Ya gəlinər, ya gəlinməz.
Hər dilbərə meyil vermə
Ya sevilər, ya sevilməz.

Yoğruqdur bizim atımız,
Yardan atlatdı zatımız.
Qüıbet elde qiymetimiz,
Ya bilinər, ya bilinmez.

Baxçamızda nar ağacı
Kimi dadlı, kimi acı,
Könüldəki dərd əlacı,
Ya bulunar, ya bulunmaz.

Dəryalarda olur bəhri,
Doldur ver içəlim zəhri.
Sinəm qürbət elin qəhri
Ya çəkilər, ya çekilmez.

Əmrah der ki, düşdüm dile,
Bülbül fəğan edər gülə.
Gözəl sevmek - bir sərp qala,
Ya alınar, ya alınmaz.