Könlümün nazlı Dilbəri Sənsən
Könlümün nazlı Dilbəri Sənsən! (1997) Müəllif: RAUF CAVAD |
Mən dedim:
- Salam, necəsən!? Sən kim!? Gülşənsən!?
Canan dedi:
-Mən sevilən, sən kimi sevənsən?!
Məni dinlə dedim:
- Mən yox ikən, məni var eylədin!
- Can verib, nəbzimi Sən dinlədin!
- Sevdin fəqət danışıb-dinmədin!
- Sevgini qəlbimdə Sən gizlədin!
- Könlümün nazlı Dilbəri Sənsən!
Dilbər dedi:
- Mən var idim, məni mədh eylədin,
- Danışan mən idim, dinləmədin!
- Eşq gül açıb dilləndi, görmədin,
- Nəfs dilə gəldi, sən ki, bilmədin.
- Axı, sən kimi sevib, görənsən?!
Mən Acizəm dedim:
- Bildim-biləli sevdim yar Səni,
- Qıldı eşqin divanə sevəni!
- İstədim ki, çəkəm naz-qəmzəni,
- Ağır gəldi yükü, əfv et məni!
- Sən ki, Bağışlayan, əfv edənsən!
Sevgilim dedi:
- Gəl yanıma, yenidən başlayaq!
- Mən Leyla, sən Məcnun ol, oxşayaq!
- Şirin məhəbbəti, xoş yaşayaq!
- sən Aşiq, Mən Məşuq, unutmayaq!
- Diqqət etsən, Sən də Rauf, Mənsən!