Könlümə (Məhəmməd Xəlifə Aciz)
Könlümə Müəllif: Məhəmməd Xəlifə Aciz |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey zalım, navəki-qəmzən,
Vurubdur yarə könlümə,
Gözlərimdən axar qanı,
Gəl eylə çarə könlümə.
Vurub qəmzən zəxmi-karı
Qoyma olsun qanı carı,
Gətir zülfi-miskbarı
Basgilə yarə könlümə.
Sallanıb naz ilən gedən,
Mənə rəhmin gəlməz nədən?
Səndən qeyrı çarə edən,
Yoxdu biçarə könlümə.
Gəl insafa səni tarı,
İncitmə Acizi-zarı,
Göstər xurşidi-rüxsarı,
Bu günüqarə könlümə.