Könlüm (Ağdabanlı şair Qurban)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könlüm
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Nə qalıbsan qəm əlində,
Üstü duman olan könlüm,
Su üzündə gəmi kimi,
Geşt eləyib dolan könlüm!

El köçüb, dalda qalıbsan;
Özünü oda salıbsan
Xaraba tək boşalıbsan,
Nədən oldun talan, könlüm?

Sinəndəki kaman-oxdu,
Dövran zalım, cəfan çoxdu,
Qurban deyir yerin yoxdu,
Ay sərgərdan qalan könlüm!