Küçələrə su səpmişəm
Küçələrə su səpmişəm Müəllif: Şifahi xalq ədəbiyyatı |
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Samovara od salmışam.
Stəkənə qənd salmışam.
Yarım gedib tək qalmışam.
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.
Samavarı alışdırın,
Maşa gətdim qarışdırın
Küsülüyük barışdırın
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.
Piyalələr irəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir
Nə gözəldir yarın canı,
Nə şirindir yarın canı.