Kür (Əhməd Cavad)

Kür (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

(İxtisarla)
“Mərcan suyu” qaynağın,
Ellər sənin oylağın,
Nə gözəldir yaylağın,
Gəlin kimi baxan Kür!
Dünyanın ilk çağından,
Ərdəhanın dağından,
Əski bürcün sağından
Çıxıb keçən, axan Kür!
“Alagöz”dən bu yana,
“Ağbaba”dan o yana,
Hey dayana-dayana
Gəzintiyə çıxan Kür!
Gürcücə “Matkovari”,
Türklərin qədim yan,
Gəzib bir çox diyan,
Aşiqləri yaxan Kür!
Dinləyib hay-huyunu,
Çox içmişəm suyunu,
Beş vilayət boyunu
Əndamına taxan Kür!
“Araqva”nı al yoldaş,
“Alazan”la qucaqlaş,
“Arazı” götür birbaş
Get Xəzərdə yıxan, Kür!
Get sallana-sallana,
Suyunda çimsin sona.
Girmə Tiflisdə qana,
Nə bir ləkə, nə qan Kür!
Məğrur olma çox ele,
Ellərə bir şey söylə.
Ceyran çölündən belə,
Qıvrılaraq çıxan Kür!
Gürcü, ləzgi, moğoldan,
Güc yığıb sağdan, soldan,
Sonra çıxınca yoldan
Şimşək olub çaxan Kür!
Çatıb bəzən qaşını,
Bulayırsan başım,
Yığıb çölün daşını
Ölüm, barıt qoxan Kür!
“Qaraoğlan” düzündə
Şimşək çaxar gözündə,
Nə duyulmaz sözündə,
Hey canından doyan Kür!
Hərdən çıxıb Muğana,
Başlayırsan talana.
Doydurdun bizi cana;
Ölməzdi hər yıxan Kür!
Gəl başını bulama,
Get yolunla dolama,
Pambıqları bulama,
Çox kirlidir çuxan, Kür!
Öt çəkinə, çəkinə,
Dəymə bostan ləkinə,
Girmə belə əkinə,
Əldə qalar yaxan, Kür!
Kür!
Bir az dur!
Bu doğrudur!


Bir səs duydum dərindən
Çıxdım Qaf yoxuşunu;
Zalımların əlindən
Qapdım dövlət quşunu.
Qumram yeni həyat,
Mən hara, durmaq hara?
Quşlardan aldım qanad-
Dırmandım buludlara.
Qorxunu mən qaldırdım
Dövranın gərdişindən.
Çox qurbanlar saldırdım
Aslanların dişindən.
“Məndədir qüwət” deyə
Mən söylədim ucadan;
Mən bağırdım fələyə:
“Buyur, bu top, bu meydan”.
Kür,
Bu gün dünya qovuşmuş haq bağıran səsimden,
Cahanın məzlumları feyz alır nəfesimden.
Möcüzələr yaradır alnımdakı qan-tərim,
Dünyanın hər yerində söylənməkdə hünərim.
Mən tərənnüm etdiyim əmək qəsidəsindən,
İdrakımla vurduğum çəkicimin səsindən
Çatlayır divarlan qaranlıq zindanların,
Mənədir hər ümidi əzilmiş insanların.
Mən oldum ilkin quran dünyada düzgün əsas;
Mən yıxdım, mən devirdim, mən aldım gücdən qisas.
Mən artıq tək Kür deyil,
Dənizləri boğaram.
Məğrur olma çox, əyil;
Qudurdunmu, qovaram.
Qul olarsan istəsəm,
Dırmaşarsan dağlara;
Gəzməzsən belə sərsəm,
Can verərsən bağlara.
Tutaraq cilovundan
Azdıra da bilərəm.
Bu gün qətlinə fərman-
Yazdıra da bilərəm.
Əlimdədir cilovun,
Sıxaram çıxar suyun;
Sönər odun, alovun,
Qısalar uzun boyun.
Hər şeyini soyaraq
Püflərəm çırağını.
Məngənəyə qoyaraq
Çıxararam yağını.
Güvənmə çox qoluna,
Düş doğruca yoluna.
Sərsəm gəzmək yaramaz
Peyin daşı, tarla qaz.
Çevir dəyirmanımı,
Çalıb döy xırmanımı
Qırxaraq qoyunumu,
Əyir, dara yunumu.
Dolaşıb dağı, daşı,
Qatırım ol, yük daşı.
Əyil Kürüm, əyil keç!
Meydan sənin deyil, keç!
18 aprel, 1930.