Kəşfül-Həqayiq/Ön Söz

Təfsir Haqqında Kəşfül-Həqayiq
Ön Söz
(2014)

Müqəddimə
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 13-15. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


Allaha həmd olsun, həbibi və rəsulu Məhəmməd Mustafaya, onun alinə, əshabına və Əhli-Beytinə salam olsun! Çoxəsrlik və zəngin ənənəyə malik Azərbaycan xalqının dini ədəbiyyatında Qurani-Kərim elmlərinə həsr olunmuş əsərlər ən yüksəkdə durur. Çünki “Sizin ən xeyirliniz, Quranı öyrənən və onu öyrədəndir” hədisi-şərifi bir düstur kimi, hər bir mömini onun qulluğunda durmağa vadar etmiş, qəlblərin onun elm, hikmət və səadət nuru ilə payidar olması, ən müqəddəs borc hesab edilmişdir. Məhz bu amal müqəddəs Quranı təkcə oxumaq, öyrətmək yox, həm də onun həqiqətlərini izah və təfsir etməyə, sirlərini aydınlaşdırmağa xidmət etmişdir. Bu səpkidə meydana gələn cildlərlə əsərlərdən biri də, Mir Məhəmməd Kərim Bakuvinin (1858-1939) “Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” təfsiridir. Mürəkkəbinin quru duğu vaxtdan yüz il keçsə də, insanımızın ona olan ehtiyacı onu yazan qələmin səbəb və dərdləri qədər böyükdür. Dahi şair Nizami Gəncəvi necə də gözəl tərənnüm edir:

Yüz il sonra sorsan: Bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır.

Oxuculara təqdim edilən bu əsər, bir baxıma tarixi keçmişi olan zəngin ənənəni yeni nəslin zehin dünyasına çatdırmaq, gələcəyin xoşbəxtlik yolunu keçmişin sarsılmaz təməllərindən bəhrələnərək qurmaqdır.

Qurani-Şərifin üç cildlik bu təfsir kitabı, köhnə əlifba adlanan ərəb hərflərindən dilimizin latın əlifbasına çevrilmiş, əslinə sadiq qalaraq müasir üslubda və üç cilddə dizayn edilmişdir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, texniki baxımdan əsərin yenidən tərtibatı dövrün tələbləri əsasında ərsəyə gəl mişdir. Oxu cuların müasir istifadə qaydalarının beynəlxalq standart lar əsa sında qurulduğu nəzərdən qaçmamış, surə adları, ayə lərin sayı, onların sıra nömrələri və sair kimi xüsuslar buna əsa sən uyğun laşdırılmışdır.

“Bəsmələ” adı ilə məşhur olan “بسم الله الرحمن الرحيم / Bis millə hir rahmənirrahim”in İslam alimləri arasında bu və ya digər amil lər səbəbilə hər surənin ilk ayəsi olub-olmadığı mübahisəli mə sələlərdən biridir. Məhəmməd Kərim Bakuvi “bəsmələ”ni hər su rə nin birinci ayəsi qəbul etsə də, indiki tərtibat əsasında ayə lərin nöm rələnməsi bəsmələdən sonra göstərilmişdir.

Bir qisim qısa ayələrin birləşdirilərək təfsir edilməsi və ey ni za manda bəzi mətbəə xətaları ayə sayılarının fərqli sayda ol masına gətirib çıxartmışdır. O dövrlər üçün spesifik olan belə fərqliliklər Quran ayələrinin ümimilikdə 6200, 6236, 6666 və sair kimi fərqli rəqəmlər və sayını meydana gətirmişdi. Bu səbəblədir ki, “Kəşfül-Həqayiq” təfsirində Bəqərə surəsi 282, Nisa surəsi 175 ayə, Maidə surəsi 123, Rad surəsi 45 ayə və sairdir. Müasir tərtibatda isə Bəqərə surəsi 286, Nisa surəsi 176, Maidə surəsi 120, Rad surəsi isə 43 ayədir.

Kitabın nəşrində bəzən ayələrin mətni, bəzən də məal qisminin qeyd edilməməsi halları mətbəə xətalarından qaynaqlan dığı qəna ətini doğurur. Əlyazması ilə qarşılaşdırmanın mümkünsüzlüyü sə bəbilə bu kimi yerlər akademiklər Ziya Bünyadov və Vasim Məm mə dəliyev in birlikdə hazırladıqları “Qurani-Kərim Məalı”dan müvafiq olaraq tamamlanmışdır.

I cild “Fatiha” surəsindən başlayaraq “Tövbə” surəsi, II cild “Yunus” surəsindən başlayaraq “Ənkəbut” surəsi, III cild isə “Rum” surəsindən başlayaraq “Nas” surəsinə qədər möhtəvanı əhatə edir.

Təfsir haqqında tədqiqatlardan bəhs edərkən işıq üzü görmüş yeganə bir əsər kimi onun Türkiyədə çapdan çıxmış “Gerçeğin Doğuşu: Alevi Kuran Tefsiri”ni göstərmək olar. Kitab, Ahmet Dolunay tərəfindən uyğunlaşdırılmış və “Merkuri Yayınları” nəşriyyatından 2000-ci ildə çapdan çıxmışdır. Bundan başqa, ölkəmizdə və xaricində hələ nəşr edilməmiş və davam edən bəzi tədqiqatların olduğunu da qeyd etmək mümükündür.

Əsərin yeni nəşri ilə cəmiyyətimiz dini mariflənmə sahəsində böyük uğur və müvəffəqiyyət qazanacağını ümid edirik. Əsası odur ki, belə əhəmiyyətli bir işdə, Bakuvi təfsiri kimi daxili ressuslarımızdan istifadə etmək bizi daha çox şad edəcəkdir. Bu səbəblə onun ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.