Kəşfül-Həqayiq/Məhəmməd Kərim Bakuvinin Həyatı

Təqdimat Kəşfül-Həqayiq
Məhəmməd Kərim Bakuvinin Həyatı
(2014)

Təfsir Haqqında
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 6-8. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvi, 1858-ci ildə Ba kıda məşhur seyid nəslindən olan Hacı Mircəfər ağa Seyid Məhəmməd oğlunun ailəsində dünyaya gəlmişdir. Onun soy şəcərəsi Əli ibn Əbu Talibə qədər gedib çıxır. Bakuvinin anası Nərgiz xatun şeyx Nəcəfin qızı idi. Bakuvinin babası isə İçərişəhər məscidinin axundu Ağa Seyid Məhəmməd idi.

İlk təhsilini atasından və İçərişəhərdəki mədrəsədə alan Bakuvi, ali təhsilini atası Mircəfərin arzusu ilə 1871-1881-ci illərdə Bağ dadda almışdır. Ərəb dilini, fiqh, kəlam, təfsir, islam tarixi kimi elmləri dərindən öyrəndikdən sonra Bakıya dönmüş, imtahan verərək 1894-cü ildə prixod mollası adını, 1895-ci ildə axund adını almış, səkkiz il Bakıda Gilək məscidində və İçərişəhərdəki Şah məscidində fəaliyyət göstərmişdir. Mir Mə həmməd Kərim 1904-cü ildə Bakı qəzasının qazısı və Bakı quberniyası Şiə Məclisinin sədri vəzifələrinə seçilmiş, 1918-ci ilə kimi bu vəzi fələrinə davam etmişdi.

Maddi- mənəvi, fərdi və ictimai işlərdə onun məsləhətinə üz tu tanların sayı hesabı yox idi. O, nəzəri maarifçilik işi ilə yanaşı ic timai sahələrdə də fəal maarifçilik işi görürdü. Onun ilk sədri ol duğu “Hidayət“ xeyriyyə cəmiyyəti bu sahədə ilk ictimai təşki lat olub bu sahədə geniş fəaliyyət aparırdı.

Mir Məhəmməd Kərim, təşkilatçılığı və İslamın dövrün ehtiyac larına olan töhfələrini səsləndirməklə həmişə diqqəti cəlb edən bir mövqedən çıxış edirdi. Onun yenilikçi ruhu cəmiyyətin bir çox ilklərinə də səbəb olmuşdur.

Bakuvi əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi tək milləşmədə elmə, elmlə əməlin (praktikanın) bağlılığına xüsusi əhəmiyyət verirdi. Moizə və söhbətlərində elmin inkişaf yol ları və savadsızlığın aradan qaldırılması onun əsas meyarı olmuşdu. O deyirdi: “Dinin və imanın əsası elm və irfandır. Ba lalarınızı məktəbə göndərin. Milli yüksəlişin yeganə yolu elmdən keçir.” O, milli münaqişələrin yatırılmasında, sülh proseslərində də fəal iştirak edirdi. 1905-ci ildə Bakıdakı erməni daşnaklarının tö rətdikləri faciələrdə qırğını dayandırmaq üçün öz canını fəda edə rək aktiv təşəbbüs göstərmiş və belə demişdi: “Cənablar, nə üçün yubanırsınız? İtirdiyimiz hər dəqiqə onlarla bədbəxtin həyatına bais ola bilər. Mən əlimdə Quran qabaqda gedəcəyəm. Qoy birinci güllə mənə dəysin”. Sükunətin bərpasından sonra ermənilər yazırdı ki: “Müsəlmanları öldürmək üçün əvvəlcə Qazını öldürmək lazım idi.”

O, həmçinin 1918-ci ilin mayında qurulan iki illik Azərbaycan De mokratik Cumhuriyyətinin ən hərarətli tərəfdarları arasında milli azadlıq və milli birliyin carçısına çevrilmişdi.

İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən Bakuvi sübut etməyə çalışırdı ki, müsəlman aləminin inkişaf maneələri arasında ən böyük amil müqəddəs Quranın göstərdiyi yoldan uzaq qalmaqdan qaynaqlanır.

O, hələ yüz il əvvəl insanlara demokratiya dərsi verir, yazdığı təfsirində Hücurat surəsinin ikinci ayəsi ilə buna geniş izah gə tirirdi. Ona görə, inanan və inanmayan hər kəs Qurandan bəhrələnir. Quran müşavirəni, əksəriyyətin qərarına hörmətamiz dav ranmağı və həmfikir olmağı əmr edir. Müsəlmanlar bunu izləməsə də dünyanın bütün qabaqcıl ölkələri bu prinsiplərlə idarə edilir. Əsas demokratiyanın özü İslamdadır. Ona görə belə möhtəşəm bir qaynaq əldə mövcud ikən bunun sadəcə ölülərə aid edilməsi qəbul edilə bilməz.

Bakuvi xeyriyyəçilik tədbirlərində də yaxından iştirak edirdi. Məsələn, Musa Nağıyevin oğlu Ağa İsmayıl öləndən son ra Novruz bayramında Hacı bir neçə məşhur axund, qazı və ağ saqqal, o cümlədən Mir Məhəmməd Kərim, Axund Mirzə Əbu Turabla məsləhətləşib qərara gəlirlər ki, Ağa Musa gələndə cəmiyyəti-xeyriyyə üçün bina tikdirməyi onun boynuna qoysunlar.

1917-ci il fevralın 18-də, Bakı xanının qardaşı Hüseynqulu xan general Sisiyanovun başını qılıncla üzdüyü yerdə, «Naxır bulağı»nın üstündəki «Şollar-Bakı» su kəmərinin ilk su ver mə Məhəmməd Kərim Bakuvinin Həyatı mərasimində qazı Mir Məhəmməd Kərim əlində Quran sözə başlamış, Qurandan ayələr oxuyaraq həyatın əsasının su olduğunu demiş, imperator ailəsinə dua edərək əhalini su kəmə rinin başa çatması münasibətilə təbrik etmiş, bu yolda xərc və zəhmət çəkənlərin ata-analarına dua oxumuş, özlərinə can sağlığı və vardövlət arzu etmişdi. Hacı Zeynalabdin Tağıyevin xidmətlərini xüsusi qeyd edən Bakuvi Hacıya kranı birinci açmağı təklif etmişdi. Çox təəssüf ki, “Molla Nəsrəddin” jurnalı Bakuvi kimi mütəfəkkir din alimlərini də təhqir edir, onların karikaturalarını öz səhifələrində dərc edirdi. “Molla Nəsrəddin”, “Kəşfül-Həqayiq” kitabının naşiri olan H. Z. Tağıyevi də belə bir əsəri nəşr etdirdiyinə görə qınayırdı. (Bax: “Molla Nəsrəddin”, 9 dekabr 1907, №46 ; 16 aprel 1911, № 14; 10 iyul 1911, №25.)

1920-ci ildə Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə Mir Mə həmməd Kərim Mərdəkandakı evinə çəkilərək elmlə məşğul olmağa başladı. Çünki Azərbaycanı işğal edən Qzıl Ordu mil li-mənəvi dəyərləri qadağan etmiş, bunun nəticəsində 1925- ci ildə “Allahsızlar cəmiyyəti” qurmuş, eyni zamanda dini və dindarları sosialist düşməni kimi qələmə vermişdilər. Bu siyasətin “təmizləmə hərəkatı” nəticəsində Qazı Məhəmməd Kərim də müxtəlif bəhanələrlə dindirilməyə başlandı. Əməliyyat müvəkkili Varoşkeviç onu 13 fevral 1938-ci ildə Məştağa şöbəsində sorğuya çəkdi. Yalançı şahidlər dinləndi və eyni gün məhkəmə qərarı üzünə oxundu.

Mir Cəfər oğlu Məhəmməd Kərim 1939-cu il martın 15-dən 16-na keçən gecə represiya qurbanları arasında güllələnərək şəhid edildi. Dini fəaliyyəti və anti-sovet çıxışları ilə rejim əleyhdarı elan edilən alimin evi talan edilmiş, kitabxanası isə yandırılmışdı. İs lam ümmətinə ondan qalan xatirə isə xalqımıza onun ən böyük töhfəsi sayılan “Kəşfül-Həqayiq” təfsir ilə çap edilmiş aşağıdakı yazıları və tərcümələri qaldı.

1) “İran kəndlərinin halı”, 2) “Təbrizdə gördüklərim”, 3) “On yeddi Ramazan”, 4) “Ermənüsə”, 5) “Özreyi-Qureyş”, 6) “Kərbəla yanğısı”, 7) “Fətətu Ğassan”, 8) “Rəşidin bacısı Ab basə”, 9) “Əbu Müslüm əl-Xorasani”, 10) “Səlib müharibəsi”, 11) “Emin və Məmun qardaşlar”.