Kə’bə vü büt iman bənəm, çərx uruban dönən bənəm

Kə’bə vü büt iman bənəm, çərx uruban dönən bənəm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Kə’bə vü büt iman bənəm, çərx uruban dönən bənəm,
Bulut olub hevaya ağub, rəhmət olub yağan bənəm.

Yaz yaradub yer tonadan, könlümüz evi xanədan,
Xoşnudam ata-anadan, qullıq qədrin bilən bənəm.

Yıldmm olub şaqıyan, qaqıyub nəfsin doqıyan,
Yer qə’rəsində bərkiyən şol ağılu ilan bənəm.

Həmzəyi Qafdan aşuran, elin-ayağın şeşüren,
Gözsüzlərün gözindəki boz-pusaruq duman bənəm.

Ətü dəri, sünğük çatan, hökm eyləyüb diri dutan,
Qüdrət beşiginde yatan, hikmət südin əmən benem.

Aşiq olan gəlsün bəri, göstərəyin toğn yolı,
Meqamumdur könül şeri, ırılmayub duran bənəm.

Yerə, gögə bünyad uran, ırılmadm qaim turan,
İrmaqlara göl çağıran, adum Yunus, ümman bənəm.