Kəblayılar
Kəblayılar Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Men çox adamlar gormüşəm ki, neçe il həsret çəkib və hər il çavuş çarlıyanda ki, “her on ki, azim kərbibəia əst, xoşbaşəd”, göziinün yaşını əbərati-qətrat. Tiflisin may ayınm yağışJan kİmi töküb qəm-qüssə dəryasına cumandan sonra axırda tab gətirməyib var-yoxun töküb bazara, dəyər-dəymezine satıb üz qoyubdu ziyarətə getmeyə və qayıdıb gələndən sonra hər hansmdan da soruşmuşam ki, sizin bu vacibi-səfariniz neçe ay çəkdi və nə qədər yol getdiniz ve buradan ora neçə mənzildİr; ve o düz, səlamət, rahət, əmniyyet yolların və abad, təmiz, pakizə şəhərlərin bir-birlerinden fasiləsi na qədərdir?
Cavab veribler ki, Şüçadan beş yatdıq, yetişdik Mərəndə, oradan on bir yatdıq, çatdıq Binabə və oradan, iyirmi iki yatdıq, yetişdik Tikantəpəyə ve oradan SüIeymanİyyə yolu doqquz yatdıq, yetişdik Qəsri-Şirinə və oradan on yeddİ yatdıq, getdik Xanaqqıya və oradan on beş yatdıq, çatdıq Sİrri-Mərrayə və oradan on üçü yatdıq, çatdıq Kazimeyin-əleyhissalavat-vəssalamə.
Mən bu sözləri eşidendə əvvəla çox-çox təəccüb edirdim ve deyirdim ki, pərvardigara, bunlar ki belə yuxulu-yuxulu kablaya gedib qayıdıb gəlirler və yollar da doludur ənizə ərebler ilə ki, hamısı yolkəsən, quldur və oğru, adam öldürendiler, ne təhər olur ki, bunlara yaxın düşə bilməyirlər? Və onlardan əlavə ne cürə olur ki, Ekan, Kovkəmer seyidləri və ziyaretgahlann dilətıçiləri və xədəmələci va mücavirieri bunları soyub-soymalayıb lat-lüt eləmir ve bunlar gene tələsik qayıdırlar vətənlərinə?! Sonra düşündüm ki, bunlar nəinki bir Məkkəyə, Kərbəlayə, Məşhedə yuxulu-yuxulu, yata-yata gedirler-gəlirlər, bəlke öz vətənlərində də bunların ömrü yuxu aləmində keçir və heç özlerindən xəbərləri olınur, Ancaq söz buradadır ki, bunlann yaxşı, mötabər və istəkli dostları ve refiqləri var ki, həmişə gözləri onların üstündədir və hər dəqiqə bu yatmışiara onlar pasiban olur və qarovul çəkirler və gözləyirlər ki, bunlara düşmən yavuq düşmosin və heç bir tərefdən canlanna, mallarma afət yetişməsin.
Və hətnçinin istəkli və mehriban dostlar da “Novoye vremya”, “Russkoye slovo”, “Bakinski listok” və qeyr qəzetlərin heyətitəhrirİyyələrİdİr ki, gecə-giindüz bunların qədəmlərini ölçüb xeyirşerlərini mülahize edirlər və bir deqiqə qafıl deyillor və məhəbbətin çoxluğundan milçək kiçikliyində olan bitli, sirkoli hacılar, kablayılar onlara fd böyüklüyündə görsenir və hor bir dəlikdədeşikdə onlart görürlər.
Hətta “Novoye vremya” idarəsi bunlardan nİgəran olur ki, məbada Məkkədə Beytüllahül-hərəmin içində mənasiki-həccə məşğul olurlar. Onlara bir bəla yetişə və ya bir qafıl sədəmə toxuna və yainki Remiz cüıtırə edəndo, bəzi xırda daşlar atanda birisi səhvən bunlann birinə deye və inciyələr.
Məxsusən adam göndərir ki, orada dəxi onlardan müğayat olsun. Ve çünki gecə-gündüz fikri-zikri onlara moşğuldur. Hərdənbir gecələr hövlank yuxular göriib bədxab olur. Mesələn, bəzi vaxt aləmiröyadə xörəyin buxaratındanmı, məhebbotdənmİ, mədənin qüvvətindənmi, nədənmi, bunun yuxusuna şeytan şəklinde bəzi fəsİləler gəlirlər kt, desto-dəstə əllərinde baydaq və üstündə “əlmömünun ixvo” yaztları üz qoyublar onun tərəfinə ve istəyİrlər onun gözünün işıqların əlindətı alsınlar. Odur ki, fovri sərasimə olub, yuxudan ayılıb divanə kimi çığınr ki: Haray! Dad! Qoymayın, axtarm, tapın, tutun, Öldüm... cınldım... dağıldım... partladım... amaxı, aman, qoymayın, pan, pan, pan... bağnm otdu qan, qan, qan... tufan, tufan... musurman, musurman, musurman...
Bunun bu baray-huraytna dəxİ istirahət ilə uyumuş o rəfiqləri bir gəməşib eyildiyi gözlərini yuxulu-yuxulu ovub bu qışqırığa, bu hay-küyo bir gülümsüniib:
“Bizə bax nə gündeyik, yara bax sallanır” - deyib hellənib genə yatışırlar.
Yazdı Sarsaqqulubəy, təsdiq etdi Cüvəllağıbey.
- “Molla Nəsrəddin", 11 iyun 1913. N 17