Kəklik (Ağdabanlı şair Qurban)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kəklik Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.58 |
Gündə yüz min can sadağa,
Sən kimi canana, kəklik.
Həsrətəm mən danışmağa,
Danış deyim: - can, a kəklik.
Ala gözlüm, sən beləsən,
Yanağı gülsən, laləsən.
Cəmi gözəldən əlasan,
Bir də yetəm sana, kəklik.
Qurqal saçın aralanmış,
Elə bil ay paralanmış,
Ağ əllərin hanalanmış,
Yoxsa batıb qana, kəklik?!
Qurban vəsfini söyləsə,
Eşidənlər düşər bəhsə.
And içib, qəsəm eyləsə,
Yazarlar yalana, kəklik.