Kəklik (Ağdabanlı Qurban)

Kəklik
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.56

 
Ay Salatın, bir bəri bax,
Baxım gözəl gözə, kəklik.
Doğra bağrım kababa tax,
Sal ataşa, közə, kəklik.
 
Gəl üzünə tutma pərdə,
Əqil gedib - yoxdur sərdə.
Səni görən aşıq dərdə,
Çətin-çətin dözə, kəklik.
 
Tərlan baxışına heyran,
Mən xəstəyəm, sənsən loğman.
Qurban canın eylər qurban,
Üzün sürtsə üzə, kəklik.