Kəklik (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kəklik (Aşıq Bəsti) Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14. |
Qah-qahın alır canımı,
Canım oda yaxan kəklik.
Sən ki, belə sitəmkarsan,
Ya soltansan, ya xan, kəklik.
Qayada-daşda gəzərsən,
Çəməndə gülə bənzərsən.
Gəlin kimi bəzənərsən,
Açılıbdı yaxan, kəklik.
Bəsti deyər: pis günümdə,
Gəl oxuma, nəs günümdə.
Ağçınqılda, yas günümdə,
Ələ xına yaxan kəklik.