Kəmənd
Müəllif: Süruri


Ta müənbər kakilin xurşidə salmışdır kəmənd
Bağlamışdır boynumu zənciri-zülfün bənd-bənd

Qəddi-dilcuyin nəhalın gördü çün gülzardə
Durdu ayağ üstünə təzim edüb sərvi-bülənd

Ənbər-əfşan zülfünə irmək dilər cana könül
Allah-Allah, nə uzaq sevdayə düşmüş dərdmənd

Nasiha! pənd etməgil mehrindən ol məhparənin
Şöylə dolmuşdur könül kim, qalmamışdır cayi-pənd

Ey Süruri xətti-sevdasından anın baş çəkən
Parələnsin tiği-möhnətlə qələm tək bənd-bənd