Kərəmdi əql Sahibi, sevgi-gümana dəlidir
Kərəmdi əql Sahibi, sevgi-gümana dəlidir! (1996) Müəllif: RAUF CAVAD |
Nə gözəl deyib Əliağa, Vahid sanma dəlidir,
Demə Məcnuna dəli, bəlkədə Leyla dəlidir.
Hər yoldan ötən gözələ olur söz dəli-Məcnun,
Gedənə daş atır, bu dəli göz-qara dəlidir.
Sorma kimdi Füzuli, Nəsimi cahilə sirrdir,
Aşiqin özü yox, Məşuq eşq qanana dəlidir.
Niyyəti safdır Yusifin çün sevəni Sübhandır,
Kimdi naz-gümani? Həsrəti, Züleyxa dəlidir.
Əməli mükəmməl əsər, gəzir cümlə-cahani,
Gözəl cani əsir, Yaradan Canana dəlidir?
Surəti bəniz gülə Heyranə, qoxusu Lalə,
Nurdu ağ sifəti, boyanıb al-qana dəlidir.
Fərhadın Əli sehr gözləri, görər tək Gözəli,
Şirini sevər göz eylər, Nurlu Aya dəlidir.
Əsli olan rəngü-bənzəri, əqli-huşu olmaz,
Kərəmdi əql Sahibi, sevgi-gümana dəlidir!
Sevdiyim o Xəyalə bənzəri yox, əsrarəngiz,
Nərgiz ətri bürüyüb Ruhimi, Yara dəlidir!
Güli-qönçə Raufa doğma, bir özgə Mənadı,
Tazədi cahan-Həsrət, hər an Zamana dəlidir!