Kərəmlə vəfanın işığı söndü
Kərəmlə vəfanın işığı söndü Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Kərəmlə vəfanın işığı söndü,
Bu iki cinsdən az de, Xaqani.
Kərəmin ayağı kəsilmişdir, bax,
Vəfa deyilən şey varmıdır? Hanı?
Kərəmə yas saxla, ölüb getdi o,
Odlu mərsiyəylə yad et vəfanı.