Kərbəla
Kərbəla Müəllif: Vaqif Sərabi |
Höküm eyləyibdi qafilə salari-Kərbəla,
Getsün fəratun üstə Ələmdari-Kərbəla.
Əhli-Hərəm çıxıbdu hamı xeyməgahdən,
Yalqız qalıbdu xeymədə Bimari-Kərbəla.
Baxdı Səkinəyə, görüb əzbəski təşnədi,
Dildən düşübdü bülbüli-gülzari-Kərbəla.
Əzm eyləyüb susuzlara ya su gətirməyə,
Ya əllərini qət edə küffari-Kərbəla.
Gəldi Fəratə, içmədi su, məşgi doldurub,
ÜZ qoydu xeyməgahə sipəhdari-Kərbəla.
Əbbasi gördülər aparır su, hücum edüb,
Kəsdi yolun o qovmi-cəfakari-Kərbəla.
Çəngəl asdı seydə Üqab üsdə üqab,
Əflakə çıxdı naleyi-zünhari-Kərbəla.
Verməzdi məşqin əldən, əlin etdilər qələm,
Əl düşdi beydəq oldi nigünsar, Kərbəla.
Vaqif, bəs et bu möhnəti-cansuzi, vermə tül,
Hüzzari dərdə gətdi bu təmari-Kərbəla.