Kağızı
Kağızı Müəllif: Aşıq Valeh |
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22. |
Gözləriniz aydın olsun,
Gəlibdi yarın kağızı.
Bülbül uçar yuvasından,
Gəldi nigarın kağızı.
İnciməsin gülü xəndan,
Gələr günlər, keçər sandan,
Can ayrılır cananından,
Gəldi qubarın kağızı.
Valeh ağlar yana-yana.
Səfər edər Dağıstana.
Çağırır cəngə-meydana,
O Zərnigarın kağızı.