Kainatın varlığından mənə sən şafi yetər
Kainatın varlığından mənə sən şafi yetər Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Kainatın varlığından mənə sən şafi yetər,
Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Nari-hicranın duxani zülmətini sürməgə,
Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər
Cani-miskin mari zülfi ağularsa, qəm degil,
Zərrəcə şirin ləbinin çünki tiryaki yetər.
Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi,
Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər.
Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif,
Noqlü şəmü səbzə abü saz ilə saqi yetər.
Biz bu bipavü sərü üftadə, dilrişin müdam,
Tutmağa əlində camı saidi-saqi yetər.
Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl,
Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər.