Kamın al
Kamın al Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Mirzə Bilal (1872-1937)" (az.). shahbulaq.az. 07.01.2015. İstifadə tarixi: 2015-05-02. |
Səy göstərib bu meydana çıxanda,
Məclislərdən, toy-büsatdan kamın al.
Çal-çağır, yaz-yarat, elə xidmət et,
Nəcib dolan, xoş büsatdan kamın al.
Dildə duva gəzdir, öldür şeytanı,
Bihudə əmələ sərf etmə canı.
Vermə əldən mərifəti, imanı,
Düz peyman yaradan dostdan kamın al.
Aşıq Bilal, nə uymusan dünyaya?
Tədarük gör, köç vaxtında üqbaya.
Sağsan, baş çək doğmaılara, obaya,
Gəl doyunca bu həyatdan kamın al.