Kamala kamal
Kamala kamal Müəllif: Mirzə Bəylər |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Ey zərri-səxavət, pillələri-dost,
Gəl səninlə qoyaq kamala-kamal.
Görək kimdə müyəssərdir mərifət,
Dedim: iqbal qoymaz kam ala kamal.
Bəs ki, gözləmədin haqqı-hesabı,
Gəl araya qoyaq haqqı, hesabı.
Sənlən çəkəcəkdim haqqı-hesabı,
Şəxs ki, haqqı səndən kəm ala Kamal.
Fərhadın nəzəri dustaq Şirinsə,
Bağlıdı əlləri qoçaq şirinsə.
Şirinsə şəkkəri, dodaq şirinsə,
Axrı zəhr olur Kamala, Kamal.
Sanma muradı nahaqdan dilərəm,
Murği – kürüsnəyəm, haq dən dilərəm.
Mirzəyəm, haqqımı haqdan dilərəm.
Fəqət lənarizqəm kəm ala kəm al.