Kamil Paşanın ruhuna ithaf
Kamil Paşanın ruhuna ithaf Müəllif: Əli Məhzun Rəhimov |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Ha dinirəm? Ay itlaf firqəsinin qamandanı!
Bircə qutardımı dəxi türklərin yazıq canı?!
Varmı yenə de bir görüm, səndə rəyasət imkanı?!
Ya satasan (çürük nara) bu vətənin şərafətin,
Yadına düşmür demi məhkəməsi qiyamətin?
Balkan o gözlərilə sən sahə yuvarlanan zaman,
Aləmi basdı şəhvətin, qeyrətin oldu lap əyan,
(Rus sözü, novremyalar) məddahın açdılar zəban,
Raç da bağırdı Kamalın yaxşı kamallı vaxtıdır!
Hər nə ki, istəsən verir danın duvəlli vaxtıdır!
(Taimas )ın həp sütunları yazmadı mədhin nələr?
(Pulitka) baş sütunda yazdı sənə ki, sərbəsər.
(Mir)də Kamal əqlinə elədi etiraflar.
Qoltuğuna cəridələr verdilər çoxlu qarpızı
Noxdalayıb, palanlayıb qurşadılar sözün düzü.
Qeyrətə gəldin onda sən hökm elədin, dayı oğlular;
(Milli müşavirə) yapaq xalq da bilməsin nə var?
Sən vətən müqəddəsi satmağa elədin qərar,
Nail məqsəd olmadın bircə kağız uzatdılar,
Qobruğuna ilişdirib dişrə hamandı atdılar.
Heyf bilinmədi sənin qiymət qədr əyətin;
Yanmadı axıra kimi şəmi misalı qeyrətin,
Axırı qəbrə yolladı dərdiğmi bu millətin,
Qorxma qiyamətə kimi baği qalar gözəl adın,
Qalmadısa əgərçi bir xeyirlə yad olan zatın...