Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana
Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.43. |
Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana,
Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.
Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi,
Oldu zənciri-cünun bir qəl’əyi-ahən mana.
Ondanam rüsva ki, seylabi-sirişkim çak edər,
Zəxmi-tiğin qanı geydirdikcə pirahən mana.
Dəmbədəm şəm’i-cəmalından münəvvər olmasa,
Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.
Hiç məskəndə qərarım yoxdurur ol zövqdən
Kim, qaçan xaki-səri-kuyin ola məskən mana.
Başda bir sərvi-sənubər vəslinin sevdası var,
Sud qılmaz bağiban, nəzzareyi-gülşən mana.
Ey Füzuli: odlara yansın büsati-səltənət!
Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana.