Keçdi (Şirəkli Həsən)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Keçdi Müəllif: Şirəkli Həsən |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Düşdü yol ağzına biçarə canım,
Bir də bu yerlərə gəlməyim keçdi.
Məni dərdə saldı Gümrü gözəli,
Onunla deməyim, gülməyim keçdi.
Əlvida söylərəm, ay uca dağlar,
Əlvida, əlvida, meyvəli bağlar.
Ürəyim kövrəlib, gözlərim ağlar,
Boğazıma dərdinilməyi keçdi.
Dönmüşəm qəribə, düşmüşəm qışa,
Meylim-həvəsim yox qızıl-gümüşə,
Üzümü tutmuşam Sarıqamışa,
Yurdumda yaşayıb ölməyim keçdi.