Keçdi (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçdi
Müəllif: Aşıq Nəsib
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Ağbabanın yaylağından
Bir cüt gözəl gəldi, keçdi.
Qızıl tənə qulağında
Dərdlərimi bildi, keçdi.

Biri eşq əlindən xəstə,
Alma yanaq, boyu bəstə.
Hər nə dedim, “gözüm üstə”
Belə dedi, güldü keçdi.

Mən Nəsibə zülüm oldu,
Ağladım gözlərim doldu.
Biri ürəyimi aldı,
Qara günlər gəldi keçdi.