Keçilməz
Müəllif: Qaracaoğlan
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Bahar gəlib ormanlarım oyanıb,
Sular daşıb, bu sulardan içilməz.
Aramızda qarlı dağlar dayanıb,
Nə Vətəndən, nə də yardan keçilməz.

Çukurova, ünüm çatmaz daşına,
Mən gedəli nələr gəldi başına?
Yazıq canım düşdü qürbət qaşına,
Ömür keçər, qəm-qubardan keçilməz.

Qaracoğlan, düşdüm qara yellərə,
Yağmur yağdı, köçüm düşdü sellərə.
Qazandığım qismət oldu ellərə,
Kim deyir ki, dövlət-vardan keçilməz?..