Keçsin
Müəllif: Aşıq Alı
dodaqdəyməz qoşma təcnis
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Şəhla eynin, siyah qaşın can alır,
Gələndə nakəslər daldala, keçsin.
Çəkər həsrətini, el cana gələr,
Nə gərək qal etsin, dal dala keçsin.

Hərdən ey nazənin ara, dan yarı,
Ara aşkar desən, ara dan yarı.
Alarsa, haqq alsın aradan yarı,
El gəlsin yasına dal-dala keçsin.

Ərz eylədin sən Alıya, yan, ağa,
Aşiq yanar, nədən keçsin yan, ağa.
Həssas eyni aşiqsə al yanağa,
Canan qarşı gəlsə, dal, dala keçsin.