Keşişin
Keşişin Müəllif: Aşıq Nəsib |
Bizlərə kələkdir, fitnə fəsaddır,
Oturub-duruşu, işi keşişin.
Tamahı böyükdür, sığmaz dünyaya,
Qılıncdan itidir dişi keşişin.
Oturub-durduqca elə qan deyir,
“Düşməndi bizlərə müsəlman”-deyir.
Türkə “murdar” deyir, haya “can” deyir,
Gözünün düşməni kişi, keşişin.
Çağırar “asvası” darda haraya,
Başqa həvəsi var pula-paraya.
Ədalət toxumu səpər araya,
Sanki yaza dönər qışı keşişin.
Düşsün beləsinin kotan kökünə,
Əsli qıt, kökü qıt itdi, kökü nə,
Adam heç baxmaya arıq-kökünə,
Soxa düz gözünə şişi keşişin.
Tanrı, beləsini yox elə getsin,
Çirkabdı, sularda yaxala getsin,
Nəsib də sevinsdin, vüsala yetsin
Qalsın quru yerdə leşi keşişin.