Kiçik çillə (Əhməd Cavad)
Kiçik çillər Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Böyük tufan başlayır
Böyük qardaş gedən tək.
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək, -
Vıyıldayır küləklər
Budaqları əyərək.
Miyoldayır pişiklər
Bəzən gecə sübhəcən.
Yeri, göyü bürüyür
Dörd tərəfdən duman-çən.
Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir.
Pəncərelər açılmır,
Qapılar tamam şişir.
Küçə, bayır görünmür,
Aynalar naxış olur.
Heç bilmirsən, haradan,
Otağa soyuq dolur.
Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol.
Başını da qaldırmır
Nə bir ağac, nə bir kol.
Dəliqanlıq eləyir
İki qat az ömrünü.
Tezcənə başa vurur
Yartda öz ömrünü!