Kimün nə zəhrəsi vardur sana qılınc yürütməge
Kimün nə zəhrəsi vardur sana qılınc yürütməge Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Kimün nə zəhrəsi vardur sana qılınc yürütməge?!
Cümlə aləm əlündədür, kim nə bilür əl qatmağa.
Verən, alan sən olıcaq kim cüııbüş eyləyə bilə?!
Hər qandasa qüdrət sənün pirü yigit oynatmağa.
Cümlə xəzneler sənündür, kimə dilərsən verəsin,
Kimün (nə) zəhrəsi vardur destursuz adım atmağa?!
Cümlə aləmün iistine xeyrü şərri saçan sənsin,
Xişmü rəhmət həvalədür kəndü əslinə qatmağa.
Tövfİq inayət olmasa kim səbəb eyləyü bilə?!
Hər qandasa qüdrət sənün hər işə əl ıızatmağa
İblisü Adəm kim olur bunda füzulluq eyləyə?!
Yerlü yerinə sən qodın, qul gəldi qullıq qılmağa.
Ey yarənlər, siz bu sözi dinlən könül qulağilə,
Can dodağı xalis gerek eşq şərabını datmağa.
Bu dirligi tuyan canun hiç fikri bunda dəgüldür,
Yunus, dilin yumışdurur bu tövhidi eyitməgə.