Kimə könül verür isəm bəmim ilə yar olmadı

Kimə könül verür isəm bəmim ilə yar olmadı
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Kİmə könül verür isəm bəmim ilə yar olmadı,
Halum bilüb, dərdüm sorub, bana vəfadar olmadı.

(Həqdən) məgər təqdir idi, aşiq oldı könlüm sana,
Hiç kimsələr bənciləyin eşqə giriftar olmadı.

Eşqdən şikayətüm yoqdur, kəndü tale ’ümdən dürür,
Kendü yolın aramayan adəm dəgül, ər olmadı.

Eşq bir ulu xəl’ətdürür, bir neçəyə verür Çələb,
Bir neçələr qaldı məhrum, eşqdən xəbərdar olmadı.

Eşq bir ulu nəzerdürür, aşiq canlar ərənlərdür,
Eşqə düşməyən könüllər virandurur, şər olmadı.

İbrahimə Nəmrud odın eşqdür gülüstan eyləyən,
Eşqdən nəzər olıcegəz gülzar oldı, nar olmadı.

Həqq yaratdı yeri-gögi ol Əhmedün dostlığına,
“Lövlak” ana dəlil oldı, ansuz yer-gög var olmadı.

Eşqdə qəhrlər çoq olur, aşiqlərə ğeyrət gərək,
Yunus, aşiq oldun isə, aşiqlərdə ar olmadı.