Kimdə var
Kimdə var (XIX əsr) Müəllif: Xəstə Hasan |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.83 |
Ey fələk sənin əlindən bu sitarə kimdə var,
Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
İki səhvər, bir Məhəmməd Mustafanın eşqinə,
Durum dolanım başına, dərdə çarə kimdə var.
Hər kimsənin bir dərdi var, mənimki də beĢ betər,
Birisi sinəmdə sızlar, birisi yanar, tütər.
Hər tərəfdən vədələnmiş – biri min olmuş yatar,
Təbib görməz, məlhəm sevməz, belə yarə kimdə var.
Gəl biçarə Xəstə Hasan, danışma namərdinən,
Çalışginən dost olasan bir əhli comərdinən,
Çox aşıqlar gəldi-getdi, yandı Kərəm dərdinnən,
İnnən belə belə atəş, belə nara kimdə var.