Kimi (Aşıq Cəfər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kimi
Müəllif: Aşıq Cəfər
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Qızlar durub xan Arazın başında,
Eybi yoxdur kirpiyində, qaşında,
Həddi-buluğ, on dörd-on beş yaşında,
Sanasan dağların maralı kimi.

Arazın dörd yanı sır ilə buzdu,
Kimisi gəlindi, kimisi qızdı,
Başına döndüyüm qız ala gözdü,
Könlümü eylədi qaralı kimi.

Ağ çarşab bürüyüb, gülləri yekə,
Kimisi cavandı, kimisi əkə,
İstəmir yaşmağı ağzına çəkə,
Düşübdü yarından aralı kimi.

Aşıq Cəfər burda qoydu nişana,
Ayrılıq həsrəti kar eylər cana,
Sinəmə gəlibdir bir neçə xana,
Deməsəm qalaram yaralı kimi.