Kimi (Nəbi Miskin)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kimi Müəllif: Nəbi Miskin |
Mənbə: Səməndər Məmmədov. "Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09. |
Başına döndüyüm gözəllər şahı,
Nə durubsan qarşımızda nər kimi.
Bad əsdi, niqabın qalxdı üzündən,
Göründü yanaqlar təzə qar kimi.
Günü gündən bu gözəllik kəmələr,
Baş verib qoynunda bir cüt məmələr.
Lazım budu tamarzılar əmələr,
Payızda qızarmış qönçə nar kimi.
Şair Nəbi dehin qoydu boynuna,
Kəkliklər mat qalıb sənin oynuna.
Ürüsxət ver, gəlim girim qoynuna,
Otuz ildən ayrı düşmüş yar kimi.