Kitabi-Dədə Qorqud/Bismillah ir-rəhman ir-rəhim və bihi nəstəin
Kitabi-Dədə Qorqud. Bismillah ir-rəhman ir-rəhim və bihi nəstəin |
Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!→ |
D2[1] 2[2]Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan, Qorqut ata 3 deyərlər[3], bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, 4 olurdı. Qayibdən dürlü xəbər söylərdi. Haq Taala anın könlünə 5 ilham edərdi.
Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü - 6 Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman olub qiyamət 7 qopınca. Bu dedügi Osman nəslidür, işdə sürilüb gedə-yürir”. 8 Və daxı neçə buna bənzər söz söylədi.
Qorqut ata Oğuz qövminün 9 müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqut ataya 10 danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi, 11 sözin tutub tamam edərlərdi.
Dədə Qorqut soylamış:
12 Allah-Allah diməyincə işlər onmaz.
Qadir Tanrı verməyincə ər bayımaz.
13 Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
D3 Əcəl vədə irməyincə 1 kimsə ölməz.
Ölən adam dirilməz.
Çıxan can gerü gəlməz.
Bir yigidün 2 qara dağ yumrısınca malı olsa, yığar-dərər, tələb eylər, nəsibindən 3 artuğm yiyə bilməz.
Ulaşuban sular daşsa, dəniz dolmaz.
Təkəbbürlik 4 eyləyəni Tanrı sevməz.
Könlin yuca tutan ərdə dövlət olmaz.
5 Yad oğulı saqlamaqla oğul olmaz, -
böyüyəndə salur gedər, 6 gördüm diməz.
D4
D5
Kül dəpəcik olmaz.
Güyəgü oğul olmaz.
Qara eşək başına uyan 7 ursan, qatır olmaz.
Qaravaşa don geyürsən, qadın olmaz.
8 Yapa-yapa qarlar yağsa, yaza qalmaz.
Yapağlu gögcə çəmən güzə 9 qalmaz.
Əski panbuq bez olmaz.
Qarı düşmən dost olmaz.
10 Qarağuca qıymaymca yol alınmaz.
Qara polad uz qılıcı çalmayınca 11 qırım dönməz.
Ər malına qıymaymca adı çıqmaz.
Qız anadan görməyincə 12 ögüt almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul 13 atanın yetiridir, iki gözinin biridir.
Dövlətlü oğul 1 qopsa, ocağının közidir.
Oğul daxı neyləsün baba ölüb 2 mal qalmasa,
Baba malından nə faidə, başda dövlət olmasa...
Dövlət 3siz şərrindən Allah saqlasun, xanım, sizi!
Dədə Qorqut 4 bir dəxi soylamış:
Sarp yürirkən Qazılıq ata namərd yigit 5 binə bilməz, binincə, binməsə, yeg!
Çalub-kəsər uz qılıcı müxənnətlər 6 çalınca, çalmasa, yeg! Çala bilən yigidə
oq ilə qılıcdan bir çomaq 7 yeg!
Qonuğı gəlməyən qara evlər yıqılsa, yeg!
At yeməyən acı otlar bitincə, 8 bitməsə, yeg!
Adam içməz acı sular sızınca, sızmasa, yeg!
9 Ata adını yüritməyən xoyrad oğul
ata belindən enincə, enməsə, yeg;
10 ana rəhminə düşüncə, doğmasa, yeg! Ata adın yüridəndə dövlətlü 11 oğul yeg!
Yalan söz bu dünyada olunca, olmasa yeg!
12 Gerçəklərin üç otuz on yaşını doldursa yeg!
On otuz 13 on yaşınız dolsun!
Haq sizə yaman gətürməsün!
Dövlətiniz 1 payəndə olsun, xanım, hey!
Dədə Qorqut bir daxı soylamış, görəlüm, 2 xanım, nə soylamış:
D6
Getdikdə yerin otlaqların keyik bilür.
3 Genəz yerlər çəmənlərin qulan bilür.
Ayru-ayru yollar izin dəvə bilür.
4 Yedi dərə qoxuların dülkü bilür.
Dünlə karvan köçdügin turğay 5 bilür.
Oğul kimdən olduğın ana bilür.
Ərin ağzın yeynisin 6 at bilür.
Ağır yüklər zəhmin qatır bilür.
Nə yerdə sırılur varsa, 7 çəkən bilür.
Qafil başın ağrısın beyni bilür.
Qolca qopuz 8 götürüb,
eldən-elə, bəgdən-bəgə ozan gəzər.
Ər comərdin, ər nakəsin 9 ozan bilür.
İləyünüzdə çalub-ayıdan ozan olsun.
Azub 10 gələn qəzayı Tanrı savsun, xanım, hey!
Dədə Qorqut genə 11 soylamış, görəlim, xanım, nə soylamış:
Ağız açub ögər 12 olsam, üstümüzdə Tanrı görkli,
Tanrı dostı, din sərvəri 13 Məhəmməd görkli. Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr Siddıq görkli.
1Axır sipara başıdur “əmmə” görkli.
Hecasmlaym düz oqunsa, 2 yasin görkli.
Qılıc çaldı, din açdı şahi-mərdan Əli 3 görkli.
Əlinin oğulları, - peyğəmbər nəvalələri - Kərbəla yazısında 4 yezidilər əlində şəhid oldı Həsən ilə Hüseyn iki qardaş 5 bilə görkli.
Yazılıb-düzilib gögdən endi Tanrı elmi Quran 6 görkli.
Ol Quranı yazdı-düzdi,
üləmalar ögrənincə köydi- 7 biçdi alimlər sərvəri Osman Üffan oğlı görkli. Alçaq 8 yerdə yapılubdur Tanrı evi Məkkə görkli.
Ol Məkkəyə sağ 9 varsa, əsən gəlsə sidqı bütün hacı görkli.
Sağış 10 günündə ayna görkli.
Ayna güni oquyanda xütbə görkli.
Qulaq 11 urub dinləyəndə ümmət görkli. Minarədə banlayanda fəqih görkli.
12 Dizin basub oturanda halal görkli. Dölümündən ağarsa, baba 13 görkli.
Ağ südin doya əmzirsə, ana görkli.
D7 Yanaşub 1 yola girəndə qara buğur görkli.
Sevgili qardaş görkli.
Yanal ala 2 ev yanında dikilsə, gərdək görkli. Uzunca tənəfı görkli. Oğul 3 görkli.
Qamusma bənzəmədi cümlə aləmləri yaradan Allah-Tanrı 4 görkli.
Ol ögdügüm yuca Tanrı dost oluban
mədəd 5 irsün, xanım, hey!
Ozan aydır[4]:
Qarılar dört dürlüdür:
6 Birisi solduran sopdur.
Birisi dolduran topdur[5].
Birisi evin 7 dayağıdır,
Birisi necə söylərsən, bayağıdır.
Ozan, evin dayağı 8 oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa,9 ol anı yedirər-içirər, ağır- lar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə10 soyıdır, xanım. Anun bəbəkləri yetsün. Ocağına buncılayın övrət11 gəlsün. Gəldik, ol kim, solduran sopdur, sabadanca12 yerindən uru durar, əlin-yüzin yumadan doquz bazlammac ilən13 bir küvlək D8 yoğurd gəvəzlər, doyunca tıqa-basa yer, əlin bögrinə 1urar, aydır: “Bu evi xarab olası! Ərə varalıdan bərü2 daxı qarnım doymadı, yüzüm gülmədi; ayağım başmaq, yüzüm3 yaşmaq görmədi”, - deyər[6]. “Nolaydı, bu öləydi, birinə dəxi4 varaydim, umanmdan yaxşı-uyar olaydı”, - deyər*. Anun kibi5nin, xanım, bəbəkləri yetməsün. Ocağına buncılayın övrət gəlməsün.6 Gəldik, ol kim, dolduran topdur, dəpidincə yerindən uru7 durdı, əlin-yüzin yumadan obanın ol ucmdan bu ucma, 8 bu ucmdan ol ucma çarpışdırdı, quv quvaladı, din9 dinlədi, öylədəncə gəzdi; öylədən sonra evinə gəldi, 10 gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış,11 tavuq komasına, sığır damma dönmiş; qonşularına çağırar ki,12 Yetər! Zəlihə! Zübeydə! Ürüveydə-can, qız-can! Paşa! Ayna Mələk! 13 Qutlu Mələk! Ölməgə-yitməgə getməmişdim, ya- D9 tacaq yerim genə bu xarab 1 olasıydı; nolaydı bənim evimə bir ləhzə baqaydınız! “Qonşu haqqı - 2 Tanrı haqqı” deyü söylər. Bunun kibinin, xanım, bəbəkləri yetməsün. 3 Ocağına bunun kibi övrət gəlməsün. Gəldik, ol kim, 4 necə söylərsən, bayağıdır: ötə yazıdan-yabandan 5 bir udlu qonuq gəlsə, ər adam evdə olsa, ana disə ki, dur 6 ətmək gətir, yiyəlim, bu da yisün; disə bişmiş ətməgin bəqası olmaz, 7 yimək gərəkdir, övrət aydar: “Neyləyəyim, bu yıqılacaq evdə un yoq, 8 ələk yoq, dəvə dəgirməndən gəlmədi” - deyər[6]. “Nə gəlürsə, bənim sağrıma 9 gəlsün”, - deyü əlin götinə urur, yönin anaru, sağrısın ərinə 10 döndürür. Bin söylərsən, birisini quymaz, ərin sözini qulağına 11 qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əsli- dür. Andan dəxi sizi, 12 xanım, Allah saqlasun! Ocağınıza buncılayın övrət gəlməsün.
İzahlar
redaktə- ↑ Bu rəqəm Drezden nüsxəsinin səhifəsini bildirir. - Red.
- ↑ Bu rəqəm Drezden nüsxəsinin hər səhifəsindəki sətirləri göstərir. Burada birinci sətir “Bismillah ir-rəhman ir rəhim və bihi nəstəin”dir. - Red.
- ↑ Ensiklopediyada “derlər” gedib. - Red.
- ↑ Ensiklopediyada “Dədə Qorqut dilindən ozan aydır” getmişdir. - Red.
- ↑ Ensiklopediyada 2-ci və 3-cü misraların yeri dəyişik getmiş və “soy” sözü “sop” “toy” sözü “top” kimi verilmişdir. - Red.
- ↑ 1 2 Ensiklopediyada: “der”. - Red.