Kitabi-tarixi Qarabağ/Doqquzuncu fəsil

Kitabi-tarixi Qarabağ/Səkkizinci fəsil Kitabi-tarixi Qarabağ Doqquzuncu fəsil

Kitabi-tarixi Qarabağ/Onuncu fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
İBRAHİM XAN MƏRHUMUN HÖKUMƏTİ VƏ

ƏYYAMİ-HÖKUMƏTİNDƏ SADİR OLAN

HEKAYƏTİN BƏYANIDIR

Çün Pənah xan həqq-təalanın əmrini yetirib vəfat etdi, fərzəndi-ərşədi İbrahim Xəlil xan hökumətdə müstəqillən mütəşəkkin olub tarixi islamiyyə 1174 sənədən 1221 (1760-1806) tarixə kimi Qarabağ vilayətində hökumət edib İran və Rum padişahlarının heç birinin ziri-hökmündə olmayıb və heç kimsəyə itaət qılmayıb biduni-itaət və inqiyad əhədi-hakimi-sahibi ixtiyar olub, istiqlali-təmam ilə hökmranlıq eləyibdir. Öz əsrində onun hökmü Qarabağdan əlavə Şirvan, Şəki, Gəncə, İrəvan, Xoy, Naxçıvan, Qaradağ, Təbriz, Ərdəbil, Marağa və hətta Qaplanguhadək ki, İraq ilə Azərbaycanın sərhədidir, cari və nafiz olubdur. Tamam bu vilayətlərin hakimlərinin ədl və kəsi mərhum İbrahim xanın əmr və hökmü ilə olubdur. Dağıstanın Avar vilayətinin valisi ki, şul vaxtda Nusal (xanın) oğlu Ümma xan [1] idi, onun ilə dəxi qüvvətlik edib və Ümmə xanın bacısı Bikə ağanı əqd və nikah edib almışdı. Çox yaxşı, şirin qohum idilər. Hər bir
vəqtə ki, zərur və dərgah olurdu. Dağıstan vilayətindən ləzgi qoşununu cəm edib Ümmə xanın və sair sərkərdələrinin ittifaqı ilə Qarabağa gətirib, hər yerdə ki, qoşun göndərmək lazım olanda öz övlad və əqrəbalarından dəxi sərkərdə töküb Qarabağ qoşunu ilə müttəfiq göndərib, düşmənlik edənlərə tənbeh və guşmal edəndi, özünə müti və münqad qılırdı. Belə ki, Dağıstan qoşunu ilə Qarabağı alıb, Kürdəşt ki, xəvani-Qaradağın məhəlli-qərar və aramgahları idi, xərab və zirü zəbər edib. Hənuz asar və cəlina aliha, səfilha dər və divarında bağidir və oranın sakinləri fərar edib sair mahallarda pərakəndə olmuşlar və Kürdəşt xanı Mustafa xanı ələ keçirib və əsir edib, Qarabağa gətirmişlər. Həmçinin sair vilayətlərin xəvaninlərinin bəziləri ilə qohumluq edib və bəzilərinə zor edib, özünə müti və münqad etmiş idi. Belə ki, Xoy və Şahsevən və Dağıstan və Qaradağ və Gəncə xanları ilə qohumluq etmişdi və sairlərilə dəxi həm qohum və qərabət və xah zor və qüvvət. Qərəz, hər günə səbəb ilə hamısı mərhum İbrahim xana canü dil ilə itaət qəbul edib, müti olmuşdular. Hətta ki, Təbriz və Qaradağ vilayətlərindən bəzi mahalları öz adı-sanı və etimadı olan sərkərdələrinə ənam və mərhəmət rəsmilə vagüzar edib, mənsub edərdi ki, nəfbərdar olurdular. Fil həqiqət İbrahim xan mərhumun adında hərçənd ki, padşahlıq ismi yox idi, amma dövlət və calalı İran padşahları kimi qayət təsəllüt və rüfət ilə istiqlası var idi. Məzkur vilayətlərin xəvaninlərinin övlad və yaxınları həmişə zaval rəsmi ilə Şuşa qalasında onun hüzurunda sakin olardılar və fərmayişatına itaət qılardılar. Bu səyaq-qərar ilə mərhum İbrahim xanın hökuməti və ixtiyarı və əsas xanlığı və iqtidan ziyadə olan əzimət və istiqlal ilə bulub, kəmali-ehtişam və ixtiyar ilə rəyasət və hökumət qıldı.

Qeydlər redaktə

  1. Nusal xan - avar xanı olmuş, 1744-cü ildə ölmüşdür. Oğlu Ümmə xan (Ömər) 1774-1801-ci illərdə avar xanı olmuşdur.