Kitabi-tarixi Qarabağ/Mərhum Mehdiqulu xanın əyyami-hökuməti

Asar və İmarət ki, mərhum İbrahim xandan qalıbdır Kitabi-tarixi Qarabağ

"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
MƏRHUM MEHDİQULU XANIN
ƏYYAMİ-HÖKUMƏTİ

General-mayor sahibi-həmail mərhum Mehdiqulu xan 17 il Qarabağda xanlıq və hökumət edibdir. Belə ki, çün mərhum İbrahim xan məqtul oldu
mayor Lisaneviç pristavit etməyinə görə 1806-cı ilin sentyabr ayının 19-cu günü imperaturi-əzim Aleksandr Pavloviç peyrəvidən fərmanihümayun sadir olub, Qarabağın əhlinə yazıhb ki, Mehdiqulu xanın xanlıq və hökumət əmrinə mənsub etdim. Onun itaətində olasımz. Xan dəxi haman ildən hökuməti-Qarabağa mənsub olub, müddəti - 17 il və bir neçə ay ziyadə hökumət qılıb, ta ki, 1823-cü ildə ki, məğşuşluq olub, Arazın o tərəfınə Qızılbaşa qaçdı.Ondan vilayəti-Qarabağ dövləti-Rusiya ixtiyanna yetişdi. Zakon və zabitə qeyri səyaq olundu. Mehdiqulu xan çox səxavətli və güzəştli və kərim kimsənə idi ki, əyyami-hökumətində tamam Qarabağda olan nücəba və nüğəvalara və qeyrilərə kəndlər və rəiyyətlər verib və qürəbalara və üləmalara və fuqəralara ehsan və iltifat çox eyləyibdir. Dəxi əhvalat riyasəti-dəftərlərdə və dillərdə mənkur və məlumdur.
Xofı-tətvil üçün ziyadə yazılmadı. Mehdiqulu xana imperator Nikolay peyrəvidən həmail nişanı və hörmət fərmanı 1838-ci ilin oktyabr ayının 30-cu günü verilib, yetişmişdi.

Qeydlər

redaktə