Kitabi-tarixi Qarabağ/On birinci fəsil
←Kitabi-tarixi Qarabağ/Onuncu fəsil | Kitabi-tarixi Qarabağ On birinci fəsil |
Kitabi-tarixi Qarabağ/On ikinci fəsil→ |
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
ANŞEF QRAF ZUBOVUN GƏLMƏSİ VƏ
İBRAHİM XAN OĞLU ƏBÜLFƏT XANI
GÖNDƏRİB, ONU GÖRÜB RUSİYA
DÖVLƏTİNƏ İTAƏT İZHAR QILMAĞINI
İslamiyyə tarixi 1208 (1793)-ci ildə idi ki, Ağa Məhəmməd şah hənuz Fars və Xorasan sahətlərində idi ki, Gürcüstan valisi İrakli xanın ərizəsinə və həsbüttəmənnasına görə imperaturiyyə üzma Yekaterina əmr eyləyib sərdari-əzəm anşef qraf Zubov zəfərli əsgərləri ilə əzm eyləyib və gəlib səmti-Dərbəndə və qəleyi-Dərbəndi müsəxxər qılıb ölkayi-Salyana və həvaliyi-şəhri-Şamaxıya varid olub, orada ordu eyləmişdilər. [1] İbrahim xan eşidən kimi, öz oğlu Əbülfət xanı Qarabağ bəyzadələrindən neçə nəfəri ilə yaxşı sovqat və töhfə və hədiyyələrlə göndərib öz səmimi-qəlbi və rzayi-xatiri və xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət eylədi və həm bir ərizeyi-ixlas və iradəti-farizeyi-imperaturiyyə-üzma Yekaterina hüzuruna yazıb mərsul etdi. Çün onlar oraya yetişdilər, sərdari-əzəm dəxi o ki var, lazimeyi-hörmət və təzim idi, Əbülfət xanın və Qarabağ bəyzadələrinin haqqında əmələ gətirib və İbrahim xanın ərizəsini dəxi mötəmid mərsuləsi ilə öz eşikağasına qoşub, Dərbənd və Kızlar yolundan imperaturiyyə hüzuruna göndərib və İbrahim xana dəxi yaxşı, qiymətli hədiyyə və töhfələr (verib), bir nəfər knyazın mürafiqətilə mərsul edib qayət məhəbbət və nəvazişlər ilə impera-turiyyə üzmanın əbədi olan mərhəmət və inayətlərinə ümidvar eylə- mişdi və bir yaxşı əsayi-mürəssə becəvahir dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi. Elə ki ətraf xanlar xəbərdar oldular ki, İbrahim xan öz oğlunu sərdari-əzəm hüzuruna göndərib, onların hamısı ki, Mir Mustafa xan Talış və Mustafa xan Şirvani və Cavad xan Gəncəli olalar, hətta xəvanini-İrəvan və Naxçıvan və Xoy və Qaradağ təmamən mərhum İbrahim xan xidmətinə elçilər və namələr göndərmişdilər ki, bizlər hamı İbrahim xanın əmrindən və məsləhətindən xaric və kənar deyilik. Hərgah səlah görərsə, bizlər hamımız padşahi-mərhəmət məstgah imperaturi-Rusiyanı qəbul edirik. Mərhum İbrahim xan dəxi dübarə həmin xanların yazdıqları məktubları və qamu bu əhvalatı mücəddidən sərdari-əzəm Zubov hüzuruna göndərib, məlum eylədi.
Məxfi olmaya ki, hərçənd Gürcüstan valisinin əzəməti və şövkəti və calalı sair xəvanini-Şirvan və Xoy və İrəvan və qeyri kimi deyildi. Onun ocağı qədim və vilayəti əriz və dövlət və neməti əzim idi. Amma bu vücudun sahibi yenə hər cür səlah və məsləhətdə mərhum İbrahim xanın sözündən çıxmazdı.
Bu səbəbə ki, valiyi-Dağıstan avar hakimi mərhum Ümmə xan və sair Dağıstan əmirləri qohumluq cəhətinə İbrahim xana kömək və müti və münqadvar idilər. Çünki Ümmə xanın bacısı Bikə ağanı mərhum İbrahim xan almışdı və çox da mehriban qohum idilər. Əgər əhyanən bir ədavət və küdurət Gürcüstan valisi ilə mərhum İbrahim xanın aralarına düşsə idi, İbrahim xan işarə etsə Dağıstanın əhlləri və qoşunu Ümmə xanın əmrilə Gürcüstan vilayətini xarab edərdilər. Necə ki, 1199 (1784-85)-cu tarixdə valiyi-Gürcüstan ilə İbrahim xanın aralarında bir küdurət oldu. Ümmə xan avar hakimi çox ziyad olan qoşun ilə Gürcüstan sahətinə hərəkət edib qalanı və sığınacağı və Gümüşxananı təsərrüt etdi və çox xəlayiq məqtul olub övrət və uşaqdan çox əsir apardılar və ətraf və cəvanibdən çox kəndləri qarət edib, çapıb, dağıtdılar. Oradan əsirlər və qənimətləri götürüb, apardılar Axısqa vilayətinə və oranın paşası Süleyman paşanın yanına gedib, qışda orada qalıb, Rum sultanı xandkari-Rumdan çox ənam və xələtlər hasil edib, yazda yenə qayıdıb Gürcüstanın kənarından keçib Dağıstana gedən vaxtda dübarə Baxan qalasını ki, sərhəd və güzərgahda vaqe idi və qəleyi-möhkəm idi və orada knyazlardan Abaşidze knyaz öz əhl və əyalı ilə sakin olurdu. Haman qalanı mühasirə qılıb və təsərrüfə gətirdilər və qala əhlindən çox adamlar qətlə yetirib, mal və dövlətlərin qarət edib, əyal və ətfallarını əsir edib aparmışdılar. Haman qızların birisini töhfə və hədiyyə rəsmilə, bir para əlavə şeylər ilə mərhum İbrahim xana sovqat göndərmişdilər. İbrahim xan dəxi o qızı nikah edib özünə almışdı ki, bir oğlu Abbasqulu ağa adlı və bir nəfər qızı ki, Gövhər ağa ola, şul Abaşidze knyazının qızıldan təvəllüd etmişlərdi. Ağaşidze knyazın o birisi qızını dəxi Ümmə xan özü əqd-nikah edib, almışdı. Əlqissə, bu səyaq işlərə görə valinin İbrahim xana görə ehtiyacı və ehtiyatı çox olardı və həmçinin Şirvan və Şəki və Gəncə və İrəvan və Xoy və Naxçıvan və Qaradağ və Talış və Təbriz və habelə Şahsevən və Şəqaqi xanları dəxi İbrahim xana müti var idilər ki, onun əmrindən və məsləhətindən təmərrüd və təxəllüf etməyə qadir deyildilər. Tiflis valisi dəxi həm ixlas və həm ehtiyat yolu ilə mərhum İbrahim xana görə müti idi. Xülasə bunlar hamısı İbrahim xanın məsləhətilə dövləti-behiyeyi-Rusiya itaətinə razı olub, elçilər və ərizələr göndərdilər və təmamisi nisbəti-dövləti-əliyyəyə görə müheyyayi-ixlas və itaət olmuşdular ki, bu əsnada imperaturiyyə-üzmanın vəfat etmək qəziyyəti vaqe olub [2], salari-əzəm Zubov dəxi Əbülfət xanı və onunla oraya gedən Qarabağ bəyzadələrini və kəndxudalarını izzət və hörmət ilə və pareyi-ənam və hədiyyələr ilə mürəxxəs və mətuf edib, özü dəxi imperatorpadşah Pavelin [3] əmrilə dala qayıtmalı olub, əhvalı İbrahim xana məlum etmişdi. Özü müavidət qılıb Rusiyaya getmişdi. Bəs bu növ xəbəri və qəziyyəni ki, mərhum İbrahim xan eşitdi, qayətdə məyus və məğşuş olub, hamılara yəsi külli ruyavər oldu. Vali İrakli xan dəxi Ağa Məhəmməd şahın hadisəsindən sonra bir də Tiflis şəhərinə gəlmədi və iki ildən sonra vidayi-cahan edib vəfat etdi [4] və oğlu Georgi xan ki, vəliəhdi-vali idi, dualadılar, vali oldu. Amma sair qardaşları ki, İldun (Yulan) xan və Pirnavaz (Parnaoz) xan və Aleksandr Mirzə bu əmrə razı olmadılar. Çünki anaları ayrı idi [5]. Hər biri bir tərəfdən iddia və düşmənlik başlayıb, küdurət və ədavət binası qurdular. Pəs təzə vali Georgi xan naçar olub adamlar irsal edib və məvaciblər verib, Dağıstandan özünə kömək və qoşun götürüb, ləzgi və gürcü qoşunları ilə hərəkət edib, Kəsəmən qışlağından keçib, Aleksandr Mirzə ki, Qazax və Borçalı və Şəmsəddin mahallarına malik olmuşdu və valiyə ağ olub binayi-rüğyan və üsyan qılmışdı, onun üstünə azim oldu. Elə ki o, cəmiyyəti tamam ilə Qazax torpağına yetişdi, Aleksandr Mirzə tab və müqavimət gətirməyib izqrarən oradan qaçıb Qarabağa gəldi. Qarabağ vilayətində (bir) müddət qalıb, ondan Qızılbaşa getdi. Bəd əz an orada Qazax və Borçalı əhlinin bir para fəsad peşəli və şərarət əndişə olanlarına tənbeh və siyasət edib, ondan sonra şul qoşunu müqərrər etdi ki, Qars vilayətini çapavul etsinlər və onlar dəxi həsbül-müqərrərə görə gedib o nahiyələrdən pareyi-qarət və kəsblər edib, ondan qayıdıb yenə valinin hüzuruna gəldilər. Bəd əz an oradan müraciət edib gəlib Tiflis şəhərinə varid oldular. Çün Aleksandr Mirzə Gürcüstandan çıxıb Qarabağ vilayətinə fərari oldu, ondan sonra qalan valizadələr fərağət olub, filcümlə valiyə itaət qılıb aram oldular və başlarını salamat saxlamağı qənimət bildilər.