Kitabi-tarixi Qarabağ/On səkkizinci fəsil

Kitabi-tarixi Qarabağ/On yeddinci fəsil Kitabi-tarixi Qarabağ On səkkizinci fəsil

Kitabi-tarixi Qarabağ/On doqquzuncu fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


İBRAHİM XAN VƏ ONUN DAMADI ŞƏKİ

HAKİMİ SƏLİM XAN GƏNCƏNİN KÜRƏK
ÇAYINDA SƏRDARİ-ƏZƏM KNYAZ
SİSİANOV İLƏ MÜLAQAT EDİB VƏ
MÖHKƏM ƏHDNAMƏ İLƏ RUSİYA
DÖVLƏTİNƏ İTAƏT ETMƏKLƏRİNİ

BƏYAN EDƏR

Çün fövqdə məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəl dəfə Qarabağa qala üstə gəlib təsxir edə bilməyib, buradan süxtə damaq və qeyzli halda gedib, Tiflis şəhərini qarət və xarab edib, çapıb və yandırdı. Ondan sonra qayıdıb səhrayi-Muğana və bəd səmti Şiraz və Kirmana getdi. Onun zülm və cəfasına görə Gürcüstan valisi İrakli xan dəxi Rusiya dövlətinə ərizə yazıb mədəd istədi. Haman o ildə İbrahim xan dəxi imperatoriyyə Yekaterina hüzuruna elçi və ərizə göndərib, Mazdok və Yelenada sərdar olan qraf Qudoviçə izhari-ixlas və itaət eləmişdi. Haman ilin əvaxirində cənabi-sərdari-Valerian Zubov qoşuni-külli ilə ki, Şamaxı səmtinə gəlmişdi, onda dəxi oğlu Əbülfət ağanı Qarabağın neçə bəyzadələri ilə sərdarın yanına göndərib dövləti-behiyyə üçün sədaqət və iradət izhar etmişdi. Aralıqda ülfət və məhəbbət olub taarüf və tühəf və hədiyyələr göndərmişdi. Ondan bir müddət keçmiş imperatoriyyə vəfat qəziyyəsi vaqe olub sərdar Zubov müavidət edib Rusiyaya getmişdi. Onun ayəndəsi ili Ağa Məhəmməd şah dübarə Qarabağa qala üstə gəlib, İbrahim xan Dağıstan və Balakənə qaçıb, Ağa Məhəmməd şah daxili-qəleyi-Şuşa olub və orada qətlə yetişdi. Xan yenə Balakəndən qayıdıb, Qarabağda öz hökumət təxtində möhkəmləndi. O ildə valiyi-Dağıstan Ümmə xan ki, İbrahim xanın qohumu idi, vəfat etdi. Carın məscidində də dəfn elədilər. Haman ildə Fətəli şah İranda padşah oldu. İbrahim xanın qızını da alıb, qohum oldu. Növ-növ hörmət və nəvazişlər edərdi. Qarabağın hər şeyi özünəməxsus olmaqla bərabər Qaradağ vüayətinin dəxi tamam mədaxilini ona vargüzar etmişdi. Bunlar ilə yenə şul ildə ki, valiyi-Gürcüstan İrakli xan vəfat edib, oğlu Georgi xan yerində qalmışdı. Qardaşlan ona müxalifət etməkdən və İran və Rum və Dağıstan əhlindən xofnak və vahiməli olduğu səbəbdən, o da dübarə ərizə yazıb padşahi-cahanpənah imperaturi-əzəm Pavel Petroviç həzrətlərindən kömək təmənnası eləmişdi. Onun xahişinə görə general-mayor Lazarevi sərdar edib, qoşun ilə Gürcüstana ki, göndərmişdilər, gəlmişdi Tiflisə. İbrahim xan ona dəxi kağız yazıb və elçi göndərib, təcdidi-ixlas və izhari itaət qılmışdı. Çün o da gedib yerinə general Kovalenski mənsub olmuşdu. Ona dəxi İbrahim xan dübarə elçi göndərib, izhari-dostluq və itaət eləmişdi. Əlhəqq, general Kovalenski dəxi mərhum xanın göndərdiyi adamlarına çox ezazi tamam edib və xana dəxi çox töhfələr və sovqatlar göndərib, kəmali mehribanlıq əmələ gətirmişdi. Ondan sonra ki, sərdari-əzəm Sisianov ki, knyaz Şpuxter derlər idi, sərdar olub, Gürcüstana gəldi. Əz bəs ki, çox qeyrətli və şövkətli və sahibi-hörmət və sahibi-cürət idi. Car və Tala ləzgiyyələrinin bir para xəlafi-hərəkatına və Cavad xan Gəncə hakiminin cürbəcür etirazlarına o da sair sərdarlar kimi mütəhəmmil olmayıb, onlara tənbeh və siyasətlər etdi. Necə ki, fövqdə hamısı məzkur olundu. Gəncə şəhərində 1804-cü ildə üç saat tamam səfəki-dima və təqliam elədi. Əgərçi Gürcüstan vilayətini və qeyriləri mütməin və qərini asayiş və aram elədi. Amma fılvaqe bu növ qala alınmaq və qətliam olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə görülməmişdi. O səbəbə bu ətrafın xəlayiqinə Rusiya qoşunundan çox xof və dəşhət və qorxu hasil oldu. Əlqissə, sərdar Sisianov bir dəfə mayor Starikovu Gəncədən mərhum İbrahim xanın yanına elçi göndərib, padşahi-mərhəmətdar, daimül-qərar Rusiyaya itaət dəvət eləmişdi. Xan dəxi mayora çox ezaz və hörmətlər edib, demişdi ki, mən keçən illərdə öz xalis olan səmimi-qəlbim və rizayi-xatirim ilə imperaturi-üzma Yekaterina həzrətlərinə və qraf Qudoviçə və sərdari-sabiq Zubova və Lazarevə sözlər verib, dövlətidaimül-qərara ixlasi-qaibanə bağlamışam. Ümidvaram ki, ixlasın təğyir olmayıb günbəgün ziyadə ola. Bu tövr ilə qərəzi-kələməti məvədətamiz ilə mayoru yola salmışdı.
Pəs sərdar haman sənə qışı Tiflisdə qalıb, yazda irəvanlı Məhəmməd xan və naxçıvanlı Kəlbəli xan sərdara dil verməkləri səbəbinə, o yazı İrəvan üstə getdi. Orada necə ki, məzkur oldu. Fətəli şah və naibüssəltənə Abbas Mirzə gəlib, dava və mülaqat olmuşdu. Məhəm-məd xan və Kəlbəli xan dəxi əhdlərindən nikül etmişdilər. Sərdar bineyiməram Tiflisə qayıtmışdı. Fətəli şah və Abbas Mirzə dəxi Azərbaycan sövbinə qayıtmışdı. Pəs sərdari-əzəm knyaz Sisianov gəlib, o qışı da Tiflisdə qışladı. Bahar fəsli olanda Gəncəyə gəlib, Gəncədən dübarə mərhum İbrahim xana və şəkili Səlim xana kağız və elçi göndərib hər ikisini mülaqat və itaətə təklif etmişdi. Onlar dəxi hər ikisi sərdari-əzəmin şahidi-məsulin zivər qəbul ilə məhəlli edib, İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz Sisianov Gəncədən gəlib, Kürək çayında ittifaqi-mülaqat düşüb mühavirat və traktat vaqe oldu. Təfsili-icmal və tövzihi-məqal bu ki, çün sərdari əzəm Sisianov İrəvan səfərindən müraciət edib, qışı Tiflis şəhərində idi. Mərhum xan elçi göndərib, təvəqqe eləmişdi ki, sərdar Kürək çayına təşrif gətirsin. İbrahim xan damadı Səlim xan hakimi Şəki ilə gedib, orada sərdarı görüb, əhd və itaəti-dövləti behiyyeyi-Rusiya imperator Aleksandr Pavloviçə itaət edələr. Sərdar dəxi vədə vermişdi ki, yaz mövsümü oraya təşrif gətirə ki, onlar ilə mülaqat və dər ittifaq hasil ola. Ona görə tarixi məsihiyyə 1805-ci sənədə olanda may ayında ki, bahar fəsli idi. Sərdar varidi-şəhri Gəncə olub, sahəti-Gəncəni zəfəri-ehtişam qıldı. Sonra İbrahim xana və onun damadı Səlim xana ki, İbrahim xanın tərəfindən Şəkidə hakimlik əmirinə mənsub olmuşdu və onun müavinəti ilə xanlıq və hökumət balışına tikrə qılmışdı. Hər ikisinə adamlar göndərib, öz gəlməyini izhar etdikdən sonra mücəddədən onları dövlət-aliyeyi-Rusiyanın təcdidi-itaətinə çağırdı və öz hökumətlərini rus padşahı vasitəsilə möhkəmləndirməyə işarə qıldı. Fəlihaza İbrahim xan və böyük oğlu Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa və Qarabağın təmam ümdə bəyləri ilə gedib, Səlim xanı dəxi xəbərdar etdilər. O, dəxi Şəkinin zübdə bəyzadələri ilə gəlib, ittifaqi-təmam ilə gedib, Kürək çayında sərdari-əzəmi mülaqat etdilər. Lazımlı eyş və bayram və qonaqlıqlar əmələ gəlib, işrət və ləzzət və söhbətlər çox vaqe oldu. Aralarında məsləhət və məşvərət və çox müahidat və mühavirat hasil olduqdan sonra bənayi-müsalihə hər iki tərəfdən əhd və iman və şürüt və peyman ilə möhkəm olub, Sərdari əzəm knyaz Sisianov əhdnamələr mərqum etdirib, İbrahim xan və Səlim xan o əhdnaməni möhür elədilər. Əlahəzrət imperator əfxəm tərəfindən dəxi lazım olan əhd və şərtləri yazıb sərdari-əzəm qol çəkib və dəstxət yazdı. [1] Bəd bir birlərinə çox ezaz və ehtiram və artıq töhfə və lütfkarlıq göstərib, sərdar yaxşı sovqatlar İbrahim xana və Səlim xana və Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya və sair Qarabağın bəylərinə və Şəki bəylərinə verib, haman məclisdə general-leytenantlıq mərhum İbrahim xana və şəkili Səlim xana və general-mayorluq Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya və polkovniklik çini Xanlar ağaya sərdari-əzəm vəsatit və prisvoit edib imperaturi-əzəm hüzuruna yazdı ki, dörd aydan sonra bu iltifatlarının fərmanı və münasib məvacibi-müssəmərri ilə gəlib yetişsin. Dəxi haman əhd və şərtnamədə də qeyd olunmuşdu ki, İbrahim xan və nəslində nə qədər ki, varisi vardır sonradan nəsli-imperaturi-əzəm tərəfindən Qarabağda tam istiqlaliyyəti olan hakim olalar. Ona görə Məhəmmədhəsən ağa ki, İbrahim xandan sonra varisi-Qarabağ idi. Sərdar onun özünü və kamalını çox pəsənd eləmişdi və artıq bəyənmişdi. Onun ikinci oğlu Şükrulla ağanı istədi ki, itminan və istihkamı-ümur üçün versinlər ki, Gəncə qalasından zaval rəsmi ilə qoşunda qalsın. Hər gündə də 10 manat vəchi-nüqrə Rusiya ona məvacib və vəzifə versin. Bunlar hamı məqbul və mərbut olub 11 gün orada bir yerdə olub, bu növ ümurat hamı əncam bulub, bəd əz an sərdari-əzəm qayıdıb, Tiflisə getdi. İbrahim xan və Səlim xan dəxi öz vilayətlərinə gəldi-lər. Dəxi əhdnamə bağlanarkən İbrahim xan və Səlim xan hər ikisi xahiş etdilər ki, hər birinə bir dəstə rus qoşunu verilsin ki, topxana ilə gəlib, bizim yanımızda olsun. Ona başlanğıc üçün sərdari-valata-bar mayor Lisaneviçi beş yüz soldat ilə Qarabağa və şul qədər qoşun dəxi Şəkiyə məmur və rəvanə edib göndərdi. Ondan (sonra) özü qayıdıb Tiflisə, Gürcüstan və Başıaçıq vilayətlərinin nizam və işlərinə məşğul oldu.

Qeydlər

redaktə
  1. İbrahim xanla Sisianov arasında Kürəkçay kənarında aparılan danışıqlar 14 may 1805-ci ildə Qarabağın Rusiya himayəsini qəbul etməsi haqqında müqavilə bağlaması ilə nəticələndi. Şəki xanı Səlim xan isə Sisianovla 21 may 1805-ci ildə Şəkinin Rusiya himayəsini qəbul etməsi müqaviləsini imzaladılar.