Kor Aşıq Alı
Kor Aşıq Alı Müəllif: Aşıq Alı |
Çəkmə xəcaləti, unutma arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim başda əyləşən,
İndi də ayaqda kor Aşıq Alı.
Bədəsil şəyirdlər çəkibdir dağı,
Yetirdim peyvəsti, bəslədim bağı.
Ömrümün, günümün soldu növrağı,
Nə saz oldu, nə də tar, Aşıq Alı.
Bəlkə də beləymiş yazım əzəldən,
Qəm yedim aşnadan, yardan, gözəldən.
Tülək tərlan kimi uçmuşam əldən,
Qismətim ah-aman, zar, Aşıq Alı.