Koroğlu (opera)/Dördüncü pərdə

Üçüncü pərdə Koroğlu. Dördüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Beşinci pərdə


X a n ә n d ә q ı z--

Saqi, benure-bade bərəfruz came-ma (2 dəfə)
Mütrüb, be gu ke, kare-cahan şod bekame-ma. (2 dəfə)
Bekame-ma … aman ey … aman ey …

Q ı z l a r x o r u--

Yarım hey … yarım ey ….

X a n ә n d ә q ı z--

Aman ey … aman, aman, bekame-ma, bekame-ma.

Q ı z l a r x o r u--

Əhsən qara saçlara, qara qaşlara,
Qara gözlərə, qara xallara.
Məcnun kimi yar məni saldı çöllərə,
Saldı dillərə, yaman hallara, yaman hallara. (2 dəfə)

X a n ә n d ә q ı z--

Ma dər piyale əkse-ruxi-yar dideim,
Ey bixəbər ze ləzzəte-şurbe-modame-ma.
Aman ey, aman ey, aman ey….
Yarım ey, yarım ey, aman ey, aman….
Modame-ma, modame-ma.

Q ı z l a r x o r u--

Əhsən qara saçlara, qara qaşlara,
Qara gözlərə, qara xallara.
Məcnun kimi yar məni saldı çöllərə,
Saldı dillərə, yaman hallara, yaman hallara.

R ә q s.

Q ı z l a r x o r u--

Gözəl xanım, sən mənim canım, naz eyləmə.
Bizimlə sən bir şirin söhbət-saz elə,
Kərəm qıl gəl, lütfünü bizdən az eləmə,
Sən bir gülsən, gəl xəzanimi yaz elə,
Naz elə, bala, saz elə, bala, yaz elə, bala, hey!…

R ә q s.

K o r o ğ l u n u n çıxışı.

H ә s ә n x a n--

Bu kimdir, nəçidir?

E h s a n p a ş a--

Aşığa bənzəyir.

H ә s ә n x a n--

İzinsiz girdin sən tez içəri,
Səlam vermədin nədən ötəri?

K o r o ğ l u--

Səlam verdim, səlamım almadılar,
Səlam kəssin bəyi də, ya xanı da.

H ә s ә n x a n--

Aşıqsansa əgər, hünərini göstər.

K o r o ğ l u--

Göstərim, izin verin.
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroglu. Balam hey!…
Səni gördüm, aşiq oldum,
Dərdə saldın canımı.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə-nazlar….
Can alan yar tökdü nahaq qanımı,
Nədir əmrin, tacidarım, sərvərim?…
Nazlı yarım, gülüzarım, işvəkarım, hey….
Nədir əmrin, qəddi rəna dilbərim!
Gecə-gündüz ayrılıqdan
Yandım hicran dərdinə.
Səni görsəm, nazlı yarım,
Gedər əldən ixtiyarım.
Səni görsəm, gülüzarım,
İftixarım, nazlı dilbərim, hey….
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar….
Can alan yar tökdü nahaq qanımı.
Nədir əmrin, tacidarım, sərvərim?
Nazlı yarım, gülüzarım, işvəkarım, hey….
Nədir əmrin, qəddi rəna dilbərim?…
Gecə-gunduz hey!…
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna.
Geçə-gündüz ayrılıqdan yandım hicran oduna.
Səni görsəm, nazlı yarım,
Gedər əldən ixtiyarım.
Səni görsəm, gülüzarım,
İftixarım, nazlı dilbərim, hey….
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar….
Can alan yar tökdü nahaq qanımı,
Nədir əmrin, tacidarım, sərvərim?
Nazlı yarım, gülüzarım, işvəkarım, hey….
Nədir əmrin, qəddi rəna dilbərim?…

H a m ı--

Afərin!

H ә s ә n x a n--

Aşıq olmağına aşıqdır.

E h s a n p a ş a--
Aşıq olmağına aşıqdır.

X o r--

Qəzəlləmə söylə!

K o r o ğ l u--

Koroğlunun Qıratını gözəllərəm mən çox
(kənara)

Görüm Qırat burdadır, ya yox!

H ә s ә n x a n--

Koroğlunu tanıyırsan?

K o r o ğ l u--

Tanıyıram!

H ә s ә n x a n--

Qıratını tanıyırsan?

K o r o ğ l u--

Tanıyıram!

H ә s ә n x a n--

Sən indi ki, tanıyırsan,
Bir gözəlləmə söylə, söylə!

K o r o ğ l u--

Eşitsin xanlar, paşalar,
Eşitsin bəylər, ağalar,
Eşitsin xanlar, paşalar,
Eşitsin bəylər, ağalar,
Eşitsin arif atalar,
Eşitsin şənin Qıratın (2 dəfə)
Eşitsin şənin (2 dəfə)
Eşitsin şənin Qıratın.
Qanadlı quşdur, at deyil,
Bir ildırımdır elə bil.
Yeri, yatağı, oynağı
Çənlibeldir Qıratın.
Çənlibeldir, (2 dəfə)
Çənlibeldir Qıratın.

H ә s ә n x a n--

Aşıq, tərifini etdiyin Qırat,
Koroğludan bizə edilib sovqat.
Neçə gündür ki, at tolamda yatır,
Yeyir, içir və şıllaq atır, ha, ha, ha….

K o r o ğ l u--

Ola bilməz bu iş, sən aldanmısan,
Ayrı düşməz Qırat çün Koroğludan.

H ә s ә n x a n--

Polad, Qıratı get çıxar toladan,
Onda görək, kimdir adam aldadan?
Aldatmış olsa məni Həmzə,
Bəlkə, doğratdıraram onu tikə-tikə.

E h s a n p a ş a--

Aşıq, bir şikəstə!

K o r o ğ l u--

Oxuram, baş üstə, baş üstə!

Ç a l ı r.

Nazlı yarım, vəslə çatdım.
Keçdi hicran günləri.
Aşiqəm mən, kuyi-dilbər,
Vəsli-canan istərəm.
Vəsli-canan, dərdi-hicran, (2 dəfə)
Zülfü reyhan, qəlbi viran,
Dil pərişan günləri.

II

Bir qanadsız bülbüləm mən,
Dərdə düşmüş sünbüləm.
Aşiqəm mən, kuyi-dilbər,
Vəsli-canan istərəm,
Vəsli-canan, vəsli-canan,
Dərdi-hicran, vəsli canan,
Zülfü reyhan, qəlbi viran,
Dil pərişan günləri.

X o r--

Yaxşı, yaxşı, bağla qolların.
Möhkəm örtün qaçmaq yolların.
Hər nə var silahını alın,
Xəncərinin gordasın salın.
Alın onun bütün malın.
Yanında beş nəfər qalın.

H ә s ә n x a n--

Axtarırdım səni göydə, yerdə düşdün əlimə.
Əmr edərəm doğrasınlar səni dilim-dilimə.
Səfil rəiyyət, rəzil kəndli,
Yox eylərəm sizi, qırram,
Bu kimi xain əgər min olsa,
Minin də boynunu vurram.
Koroğlu, Koroğlu, Koroqlu,
Ha, ha, ha, ha…. (2 dəfə)
Onu sən bil ki, mən məmləkətin xanıyam,
Mənə kəc baxsa gər, kəndlinin düşmanıyam.
Verə bilməz mənim keyfimə heç bir məlal,
Nə Koroğlu, nə Koroğlu, nə şil oğlu, nə lal.
Axtarırdım səni göydə, yerdə düşdün əlimə,
Əmr edərəm doğrasınlar səni dilim-dilimə.

Ә y a n l a r--

Afərin, Həmzə bəy!
Sözlərin doğru çıxdı, afərin!
Rədd olar, məhv olar, bir kərə
Başımızdan bu bəla.

H ә s ә n x a n--

Nigarı verdim sənə mən,
Həmzə, Nigar sənindir, al,
Halal malındır.
Nigar gözəldir, ədası qəmzə,
Nigar sənindir,
Al, o yar sənindir.

H a m ı--

Nigar gözəldir, ədası qəmzə,
Nigar sənindir, al,
Nigar sənindir, al.
Sevgili, nazlı dilbərim,
Gəlsin Nigar, tez gəlsin Nigar,
Tez gəlsin Nigar.

N i g a r--

Ax … bu nə müsibət!

K o r o ğ l u--

Elədin xəyanət!

H ә s ә n x a n--

Nigar, Həmzə bəyin göstərdiyi şanlı rəşadət,
Bizi şad eylədi, verdi sənə fəxri səadət.

T ә l x ә k (daxil olur)--

Nay, nay, nay!…
Mən demədim bəsdir ona bir nəfər?!
Getsə kifayətdir Ömər ya Səfər;
Mən deyən oldu yenə də müxtəsər,
Bəxtəvərəm, bəxtəvərəm, bəxtəvər.
İstədilər göndərələr üstünə on min pələng,
Mənsə dedim bəsdir ona getsə keçəl Həmzə bəy.

F ә r r a ş--

Xan sağ olsun!
Mahaldan gətirdilər bir nəfər,
Bizlərdən Koroğluya aparırmış xəbərlər.

H ә s ә n x a n--

Kim göndərirmiş onu?

F ә r r a ş--

Əsla deməz, gizlədir,
Nə qədri versən əzab,
Ölsə də dinmir, demir.

N i g a r--

Ah!…

H ә s ә n x a n--

Səni kim göndərib, de görüm, alçaq?!

E y v a z--

Vurun, öldürün, demərəm ancaq.

H ә s ә n x a n--

Cəlladı çağırın.

N i g a r--

Qoyun mən deyim,
Kimin göndərdiyin sizə söyləyim.

H ә s ә n x a n--

Kim imiş göndərən?

N i g a r--

Göndərən mənəm.
Bunu anlayın, mən sizə düşmənəm!

H a m ı--

Belə bəs, belə bəs, belə, belə!…

N i g a r--

Bir görün, mən sizə nə deyəcәyəm hələ.
Bir yığın zülmkar, bir yığın cəllad,
Təsir etməz sizə bu qədər fəryad, (2 dəfə)
Sərxoş etmiş sizi zülmün nəşəsi.
Narahat eyləməz məzlum naləsi. (2 dəfə)
Bir gün gələcəkdir intiqam günü,
Kəsəcək zalimin başının üstünü.
Bu gün əzilənlər əzər sizləri,
Xan zülmündən qurtararlar bizləri,
Qurtararlar bizləri!

Ә y a n l a r--

Rədd edilsin, məhv edilsin, öldürülsün xainə,
Qoy cəza görsün, xəyanət eyləmişdir xaninə!

H ә m z ә--

Ax! Qəlbimdəki məhəbbət
Döndü, oldu bir nifrət ol xainə!

Ә y a n l a r--

Ay tutun, qoymayın! (5 dəfə)

H ә s ә n x a n--

Ay tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu!

X o r--

Ay tutun, qoymayın! (5 dəfə)
Ay tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu!

İ b r a h i m x a n--

Xan sağ olsun!
Polad verdi Qıratı,
Mindirib Koroğlunu, tez qaçırtdı.

H ә s ә n x a n--

Bu üç xainin də kəsilsin başı!

H a m ı--

Cəzaya verilsin qohumu, qardaşı!

N i g a r, P o l a d, E y v a z--Koroglu sag olsun!…

PƏRDӘ