Kuhikən künd eyləmiş min tişəni bir dağilən

Kuhikən künd eyləmiş min tişəni bir dağilən
Müəllif: Məhəmməd Füzuli


Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb salmışam min daği bir dırnağilən.

Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,
Sayruya düşvardır həmrəhlik etmək sağ ilən.

Gərdi-rahın verməsə göz yaşinə təskin nola,
Tutmaq olmaz böylə seylabın yolun toprağilən.

Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü,
Qılmaq olmaz syd sevdadə yaman ortağilən.

Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
Kim, ona cənnət quşu yetməz min il uçmağilən.