Kuyindən alır daim rövnəq gülü bustanlar

Kuyindən alır daim rövnəq gülü bustanlar
Müəllif: Abbasqulu ağa Bakıxanov


Kuyindən alır daim rövnəq gülü bustanlar,
Torpağını ol kuyin təşkil eləyir canlar.

Ruxsarını əks etmiş, sanki gülü bülbül bax,
Gülzarda gülər hər gül, bülbül edər əfğanlar.

Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq,
Əfsanə kimi gəzdi dillərdə bu dastanlar.

Məşuqə və aşiqçin varlıq ilə sərxoşluq,
Həm ruzədir, həm bayram açılsa giribanlar.

Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş,
Hər həlqəsinə guya bağlanmada çovkanlar.

Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə,
Sığmaz ona bu üzdən səhravü biyabanlar.

Saqi, nə gözəl, mey--xoş, əğyar gözündən dur.
Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar.