Lə’nət sənə, ey cəhl, nə bidad ediyorsan!
Lə’nət sənə, ey cəhl, nə bidad ediyorsan! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 7. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!
Hər gün yeni min məl’ənət icad ediyorsan!
Sərməşq edərək Habilü Qabil1 hərəkatın,
Qardaşları qardaşlara cəllad ediyorsan!
Nakəslərə imdad ilə2, bikəslərə bidad –
Bir gör kimə yardım, kimə bidad ediyorsan?!