Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?

Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Müəllif: Qazi Bürhanəddin


Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Xəti-nəsxüni ki, reyhan dedilər, gerçəkmi?

Ləbün andum idi, toldı ağızum şəkkərlə,
Kimə dedüm isə yalan dedilər, gərçəkmi?

Tutağun şəkkərinün rəngini qızıl gördüm,
Çünki sordum anı, qandan dedilər, gərçəkmi?

Könüli çahı zənəxdanına düşmiş gördüm,
Bunı Yusif, anı zindan dedilər, gərçəkmi?

Belini gisusınun qılına nisbət qıldım,
İşbu təşbihi nə çəndan dedilər, gərçəkmi?

Hoqqəyi-ləldə incü düzümini gördüm,
Sorıcağaz ləbü dəndan dedilər, gərçəkmi?

Eşigünə ki, səba yol bulımaz dün bucuğın,
Eşq əri könlinə meydan dedilər, gərçəkmi.

Tatlu dirilür ikən ləblərüni könlüm içün,
Düşdi aralarına qan dedilər, gərçəkmi?

Sərvünə qul dedilər rastmı tubiyi əcəb,
Bədri hüsnündə bəmizan dedilər, gərçəkmi?

Can apardux ləbünə əqlü dili biləsinə,
Qamusın zirə bəgirman dedilər, gərçəkmi?

Sehr ilə könülümi gözləri qıldı xəstə,
Belini dərdümə dərman dedilər, gərçəkmi?

Küfr idügin saçunı yüzüni örtər bildüm,
Rövşən ay yüzüni iman dedilər, gərçəkmi?

Gərçi asan bilürəm ki, saçı müşkildür anun,
Anda can müşkili asan dedilər, gərçəkmi?

Əbri-giryan idügin gözümi uş görürsin,
Yanağunı güli-xəndan dedilər, gərçəkmi?

Tazə güldən dəxi nazük görürəm tər tənüni,
Bağrunı qatı çü sindan dedilər, gərçəkmi?