Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi

Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi
Müəllif: Məhəmməd Füzuli


Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi,
Zənəxdanın muradım dəstgahın sərnigun etdi.

Sənə əksin müqabil durduğiçün hüsn lafilə,
Onu cam içrə qeyrət qərqeyi-girdabi-xun etdi.

Özün nisbət qılırdı zülfünə zəncir hər saət,
Bu sövdalər onu sərhəlqeyi-əhli-cünun etdi.

Onun tək kim, pərişanlıq ziyasın artırır şəmin,
Mənə cövrün ziyad olmaq, sənə meylim füzyn etdi.

Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz,
Ona cadu gözün guya ki, təlimi-füsun etdi.

Bəqayi-surəti-Şirin üçün tövfiq memarı,
Binayi-eşqi-Fərhadın asasın Bisütun etdi.

Füzulidən səbatü səbrü cövrü qəhr az istə
Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi.